Gündəm

Əhmədinejad yenidən İran prezidentliyinə namizəd oldu

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad may ayında keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürüb. İranın dini lideri Əli Xameneyi daha əvvəl Əhmədinejadın namizəd olmamasını tövsiyə etmiş, o da bununla razılaşdığını açıqlamışdı.

Sentyabr ayında Əhmədinejadın namizəd olacağı iddiaları ilk dəfə gündəmə gəldiyi zaman, Xameneyi Əhmədinejada seçkilərdə iştirak etmək icazəsi vermədiyi ilə bağlı mətbuatda yer alan iddiaları qiymətləndirmişdi. Keçmiş prezidentlə bu məsələdə danışdığını açıqlayan Xameneyi “mən də o adamın və ölkənin maraqlarını düşünərək, qatılmamasını söylədim, hətta “qatılmayın” demədim, “qatılmanızın yaxşı olmadığını düşünürəm” dedim ” söyləmişdi.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button