2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əliyev: ‘Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etmək mümkün deyil’ 

İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib

Saytların yığılması Saytlarin yigilmasi

“Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir”.

Prezident İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

İlham Əliyev bu ilin martında Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qəbul etdiyi qətnamənin birtərəfli hazırlandığını söyləyib:

“Həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil”.

O, erməni mədəni irsinin həm Bakıda, həm də Qarabağda mühafizə olunduğunu, işğal zamanı 67 məsciddən 65-nin Ermənistan tərəfindən dağıdıldığını, bu barədə qətnamədə heç bir söz deyilmədiyini bildirib.

Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Leyenin iyulun 18-dəki səfərinə toxunan Prezident Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmədiyini vurğulayıb:

“Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir”.

İlham Əliyev Azərbaycanın Avropa ilə yaxın münasibətlər qurmaq istədiyini, parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını vurğulayıb.

Yayılmış rəsmi məlumata görə, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid MakAlister dövlət başçısının səsləndirdiyi tənqidlər haqda heç nə deməyib.

Nümayəndə heyətinin Cənubi Qafqaza səfəri həftə boyu davam edəcək. Onlar Azərbaycana səfərdən sonra Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcəklər.

Avropa Parlamenti 44 günlük müharibədən sonra Azərbaycanda əsirlikdə olan erməni əsirlərlə bağlı qətnamə qəbul etmişdi.

Orda Human Rights Watch-un hesabatına istinadla erməni hərbi əsirlərə qarşı Azərbaycanın qeyri-insani rəftar göstərdiyi iddia olunur, bütün erməni əsirlərin dərhal və qeyd-şərtsiz azad olunması tələb edilirdi.

Bu il martın 10-da Avropa Parlamentinin “Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı” qəbul etdiyi qətnamədə erməni məbədlərinin dağıdılmasından, erməni kilsələrinin albanlaşdırılmasından narahatlıq ifadə olunurdu.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button