Now Reading:
Əliyev hakimiyyətindən nə üçün tezcə canımızı qurtarmalıyıq?

Əliyev hakimiyyətindən nə üçün tezcə canımızı qurtarmalıyıq?

Natiq Güləhmədoğlu

İlham Əliyevlə görüşən bu cənabın adı Tyorborn Yaqlanddır. O, Avropa Şurasının baş katibidir. Siyasətlə maraqlananlara cənab Yaqlandın necə təmiz siyasətçi, hətta dövrümüzə xas olmayan idealistliyi çoxdan bəllidir. Onun olduqca vicdanlı, mədəni, demokratik şəxs olmasını Azərbaycanın sərsəm hakimiyyət təbliğatçılarından başqa yadıma gəlmir kimsə mübahisələndirsin.

Görün, bu insanlar (Azərbaycanı idarə edənlər) böhtançılıq, şərbazlığı hara qədər qaldırıblar ki, Yaqland ona qarşı Azərbaycan hakimiyyətinin apardığı qara təbliğatla bağlı belə bir bəyanat yayıb: “Avropa Şurasının bütün tarixi boyu onun baş katibinə qarşı belə qarayaxma kampaniyası olmayıb!” (Məlum açıqlamanı burdan oxu bit.ly/2yBaT0Q )

Təsəvvür edirsinizmi? Bunlar Yaqland kimi təmkinli, kübar insanı da öz axmaq, vulqar, səviyyəsiz qara kampaniyaları ilə hövsələdən çıxartdılar. Mən indi Yaqlandın təəssübün çəkmirəm. Nəyimə lazımdır?

Məni öz dərdimiz düşündürür. Bir anlıq fikirləşin, bizi görün necə adamlar idarə edir? Dünyanın ən təmiz insanların belə ləkələyən, onlara analoqsuz böhtanlar atan insanlar sabah desə ki, qatıq ağdır, onların sözü şübhəyə alınar, alınmaz? Bu cür böhtançı, yalançı, qərəzli insanlar ölkəmizin Qarabağ və başqa ciddi problemlərinin həllində necə etibarlı söz sahibləri ola bilər? Heç cür.

Bax buna görə deyirik ki, bu hakimiyyət “anti-millidir”. Anti-millilik heç də damarda hansı qanın axması deyil, davranışdır, təmsilçisi olduğun ölkəyə, xalqa zərbə vurmaqdır. Ona görə, bu qəbilədən nə qədər tez canımız qurtarsa Azərbaycan xalqının, dövlətinin həyat gücü o qədər tez artmış olacaq.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.