Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub
![Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub](https://www.az24saat.org/wp-content/uploads/2022/04/1649756774_Ən-yuksək-radiotezlikli-sualanmaya-sahib-smartfonlarin-reytinqi-tərtib-olunub-scaled-780x470.jpg)
BanklessTimes nəşriyyatı ən yüksək radizotezlikli şüalanmaya sahib mobil cihazların reytinqini tərtib edib. Tərtib edilmiş reytinqə müxtəlif brendlərə sahib 10 smartfon daxil olub. Bununla belə reytinqdə olan cihazların 1/3 hissəsi Google şirkətinə məxsusdur. Beləliklə tərtib edilmiş reytinqdə birinci yeri Motorola Edge smartfon modeli tutub. Bu smartfonun SAR (elektromaqnit enerjisinin udma əmsalı) göstəricisi 1.79 vatt/kq təşkil edir. Bu göstərici isə ABŞ-ın FDA adlı nizamlayıcı orqanı tərəfindən təyin edilmiş 1.6 vatt/kq göstəricidən daha yüksəkdir. Reytinqin ikinci pilləsində ZTE Axon 11 5G (1.59 vatt/kq) smartfonu qərarlaşıb. Üçüncü yeri isə OnePlus 6T (1.55 vatt/kq) modeli tutub.
Reytinqin ilk beşliyinin dördüncü yerini Sony Xperia XA2 modeli, beşinci yerini isə Google Pixel 3 XL modeli tutub. Bundan əlavə olaraq reytinqə Google Pixel 4a, OPPO Reno 5 5G, Sony Xperia XZ1 Compact, Pixel 3 və OnePlus 6 smartfonları da daxil olublar. Qeyd etmək lazımdır ki, lokal bazarlar üçün maksimal SAR göstəricisi müxtəif regionlarda fərqlidir. Bununla belə radiotezlikli şüalanmanın insan səhhətinə təsiri üzrə elmi sübutlar mövcud deyil. 2G-dən 4G-yə kimi əhatə dairəsinə sahib cihazlar 0.7-2.7 GHz diapazonda, 5G dəstəyinə sahib cihazlar isə 80 GHz-ə kimi olan diapazonlarda şüalanma ifraz edirlər. Bu cür tezliklər ionlaşdırıcı tezliklər siyahısına daxil deyil və onların aşağı enerji göstəriciləri insan DNT-nin dəyişməsinə səbəb olmurlar.