2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əvvəl ‘məhdud yararlı’ sayılan cəbhəçi xidmətə aparılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlimovun xəstəliyinə baxmayaraq hərbi xidmətə çağırıldığı bildirilir.
E.Səlimovun özünün deməsinə görə, səhhətində problemlər var və bu, dəfələrlə tibbi komissiyanın verdiyi rəylərdə öz əksini tapıb.
O vurğulayıb ki, 2010-cu ildən (30 yaşı var) hərbi bileti var və ürəyindəki problemlərə görə orada “məhdud yararlı” yazılıb: “Bir müddətdən bir müayinəyə çağırırlar. Bu dəfə vaxtından tez çağırdılar, ürəyimi yoxladılar. Həmişə xəstəlik aşkarlandığı halda, bu dəfə sağlam çıxartdılar”.
E.Səlimovun sözlərinə görə, onu dünən, iyunun 13-də xəstəxanada iş vaxtı bitdikdən sonra bütün tibbi yoxlanışlardan keçiriblər: “Bu proses mənim qeydiyyatda olduğum poliklinikada yox, 5 saylı xəstəxanada olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin əməkdaşları axşam saat 6-da gəlib evdən götürdülər, apardılar xəstəxanaya. Təbii ki, iş saatı bitdiyinə görə həkimlər yox idi”.
E.Səlimovun vurğulamasına görə, zəng vurub təcili həkimləri çağırıblar: “Yarım saatın içində məni müayinədən keçirib öz maşınları ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tibb komissiyasına apardılar. Yolda yekun rəy olmadan mənə artıq hərbi xidmətə çağırış vərəqəsini verdilər. İdarədə bir otaqda beş həkim bir neçə sual verməklə, aparatsız sağlam olduğumla bağlı yekun rəy verdilər”.
AXCP üzvü həkimlərə problemin təkcə ürəyində deyil, mədəsində və onurğasında da olduğunu deyib: “Mənə kəskin qastrit diaqnozu qoyulub, pəhrizlə yaşayan adamam. Onurğada problem var. Həmçinin nevroloji problemə görə müalicə alıram. Amma bunları eşitmədilər”.
O hesab edir ki, bütün bu proseslər onun siyasi fəaliyyəti ilə bağlıdır: “Sağlam olsaydım, hərbi xidmətdən yayınmaq fikrim yoxdur. İndi də yayınmayacam. Amma bu xəstəliklər ola-ola mənim hərbi xidmətə aparılmam siyasi xarakter daşıyır”.
Bu deyilənlərə, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və başqa uyğun rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Emil Səlimov

24 saat” “
Əvvəl ‘məhdud yararlı’ sayılan cəbhəçi xidmətə aparılır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button