2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əli Kərimli hakimiyyəti nəyə çağırdı?

ali kerimli-destek

AXCP sədri Azərbaycan hakimiyyətinə xalq qarşısında məsuliyyətini xatırladaraq, özlərini və ölkəni fəlakətə aparmağın yolverilməz olduğunu bəyan etdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Son günlərdə az-az olsa da, yaxşı xəbərlər alırıq. Bir tərəfdən oğrulara qarşı sanksiya xəbərləri və bizim #3milyard dolların xalqa qaytarılması tələbilə keçirdiyimiz və keçirəcəyimiz mitinqlər gündəmin əsas xəbəri olaraq qalır, digər tərəfdən də Mehman Əliyevin, Faiq Əmirlinin, 20 nəfərə yaxın “Nardaran məhbusunun” azadlığa çıxmasının ardından partiyadan istefa etmədiyi üçün müəllimlikdən çıxarılmış AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə məhkəmənin qərarı ilə öz işlərinə geri qaytarılıb. Məhkəmə qərar verib ki, Əhmədzadələrin işsiz qaldıqları 6 ayın əmək haqları da onlara verilsin. Etiraf edək ki, bu çox yaxşı və indiyə qədər analoqu olmayan )) bir məhkəmə qərarıdır.

Hökumətə demək istəyirəm ki, xalqın xeyrinə və düzgün addımlar atmaqdan çəkinməsin, “xalq elə bilər, hökumət geri çəkilir” kompleksinə düşməsin. Bir az tez-bir az gec bu ölkədə yumşaq dəyişiklik üçün zəmin yaradılmalıdır. Bu addımların atılmasını xalqın, dövlətin mənafeyi tələb etdiyi qədər rejim başçılarının öz mənafeyi də tələb edir. Çünki bu ölkədə hakimiyyət dəyişikliyi yumşaq və dinc üsulla deyil, sərt formada, məsələn, sosial partlayışın nəticəsi olaraq baş versə, hamıya pis olacaq, ancaq rejim başbilənləri üçün hamıdan pis olacaq. Ona görə də siyasi məhbusların hamısını azad edin! İşdən çıxardığınız müxalifətçiləri işinə qaytarın! Müxalifətçilərə, müstəqil şəxslərə təzyiqləri dayandırın! Narahat olmayın, siz bu addımları atsanız, biz “hökumət zəifləyib və güzəştə gedir” yox, “hökumət nəhayət, düzgün addımlar atır” deyəcəyik.

Xalqımıza isə demək istəyirəm ki, görürsünüz, aparılan mübarizə nəticəsiz qalmır. Gec və çətinliklə olsa da, qələbəyə yol vəziyyətlə barışmaqdan, təslim olmaqdan yox, mübarizədən keçir. Sizə əminliklə deyirəm, bizim birgə mübarizəmizlə bu ölkə də dəyişəcək. Və biz dəyişikliklərə nail olduqdan sonra çox-çox peşıman olacağıq ki, nәyə görə daha tez toparlanıb, rejimdən xilas olmamışıq? Niyə o illəri itirmişik? Niyə neft pullarının tamamilə tar-mar edilməsinə, xəzinəmizin boşaldılmasına, ölkənin müflis edilməsinə, milyonların taleyinin puç olmasına imkan vermişik? Rejimdən xilas olmaq ki çətin deyilmiş, sadəcə özümüzə bir az tez inanmalı imişik.
#7oktyabr mitinqi bu ölkədə dəyişiklikləri sürətləndirmək üçün əla fürsətdir. Bu imkanı dəyərləndirin, əziz həmvətənlər! İmkanı çatanlar bu mitinqin təkcə iştirakçısı yox, həm də təşkilatçısı olsun! Müxtəlif səbəblərdən mitinqə şəxsən qatılmaq imkanı olmayanlar isə onun təbliğatını aparmaqla, tələblərini izah etməklə ümumi işə kömək edə bilər”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button