2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

“Ən güclü raket” havada partladı

2023-04-21 08:00:10

class=”medianet-inline-adv”>

ABŞ-ın Texas ştatında baş tutan və yüzlərlə insanın izlədiyi sınaq buraxılışında havaya qalxdıqdan 3 dəqiqə sonra raket 39 kilometr yüksəkliyə çatdıqda əvvəlcə havada sallandı, daha sonra partlayaraq Meksika körfəzinə düşdü. Space X-in verdiyi açıqlamada raketin buraxılışdan sonra bir neçə yanacaq mühərrikinin sıradan çıxması səbəbindən hündürlüyünü itirdiyi bildirilib. Partlayışdan sonra Mask öz Twitter hesabında komandasına təşəkkür etdi və bu buraxılışın “bir neçə aydan sonra keçiriləcək növbəti sınaq üçün çox şey öyrətdiyini” söylədi.

Saytların yığılması Saytlarin yigilmasi

MARSA SƏYAHƏT ÜÇÜN DİZAYN EDİLMİŞDİR

İnsanları və ya peykləri daşımayan sınaq buraxılışında Ulduz gəmisinin təxminən 1,5 saat ərzində Yer ətrafında dövr etməsi planlaşdırılırdı. NASA-nın ən güclü raketi Artemis-dən təxminən iki dəfə böyük olan 120 metr yüksəklikdəki kosmik gəmi planetlərarası səyahəti təmin etmək üçün nəzərdə tutulub. Space X insanları və yükləri Aya və nəticədə Marsa göndərmək üçün Starship istifadə etməyi planlaşdırır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button