2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“1,5 milyon mənimsəmədən 500 mini mənə çatıb” – Müdafiə Nazirliyindəki oğurluq üzrə məhkəmə

Mustafayev deyib ki, işlədiyi hərbi hissədə yoxlamalar zamanı 528 min manat ziyan müəyyən edilib və o məbləğdən 170 min manatı ona çatıb:

“Zərərdən 25 min manat ödəmişəm. Evimi satışa çıxarmışam. Zərəri tam ödəcəyəm”.

Şahid tərəflərin suallarını cavablandıran zaman deyib ki, artıq pulları “ölü canlar” olan kart hesabları vasitəsilə mənimsəyiblər:

Saytların yığılması Saytlarin yigilmasi

“Həmin kartların yaradılması o vaxt Cəlal Kazımov göstəriş vermişdi. Amma müəyyən müddətdən sonra Cəlal Kazımov dedi ki, daha bu kartlardan istifadə etməyək. Bu kartlar vasitəsi ilə 15 min manat əlavə əməkhaqqı yazılıb. Bunun da 13 min manatını Cəlal Kazımova vermişəm”.

Bu vaxt təqsirləndirilən Cəlal Kazımov şahidin ifadəsinə etiraz edib və onun yalan danışdığını bildirib.

Cəlal Kazımov ümumiyyətlə Elçin Mustafayevin fəaliyyətini yoxlamadığını deyib. O bildirib ki, Elçin Mustafayevin fəaliyyətini Rafael Xələfov yoxlayıb.

Cəlal Kazımov həmçinin 2020-ci ilin yanvar-noyabr ayları ərzində ayrılan pulların siyahısını açıqlayıb.

Proses martın 1-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb(apa).

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button