2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Vəkil Adil İsmayılov Ramil Səfərovun məhkəməsindən yazdı

MƏN BUDAPEŞTƏ NECƏ GETDİM

İLK YAZI

Tanınmış vəkil Adil İsmayılov Ramil Səfərovun Macarıstanda necə mühakimə olunmasından yazır

Saytların yığılması Saytlarin yigilmasi

Ondan başlayım ki, Ramil Səfərovun işinə qoşulmağım sırf təsadüf idi. 2004-cü ili yanvar ayında mənə Budapeştdə vəkillər, prokurorlar və hakimlər üçün təşkil edilmiş beynəlxalq təlimdə iştirak etmək təklifi gəldi, razılıq verdim. Məlum oldu ki, Azərbaycandan 3 nəfər vəkil, 4 prokuror və bir hakim gedəcək. Sonuncularla əvvəldən tanışlığım yox idi. Bundan sonra bəzi personajların adını bilərəkdən, bəzilərininkini unutduğum üçün yazmayacam, qüsura baxmayın. Vəkilləri isə yaxşı tanıyırdım, biri Elton Quliyev, o biri Vaqif Səmədov idi. Hər ikisi indi həyatda yoxdu, ikisinin də şəxsiyyətinə böyük hörmətim var və xoş duyğularla anıram. Allah ikisinə də qəni-qəni rəhmət etsin. İş belə gətirdi ki, son anda Elton müəllimin gedə bilməyəcəyi məlum oldu. Elton fevralın 29-da anadan olmuşdu və ad gününü 4 ildə bir dəfə qeyd edirdi, mənə yarı ciddi- yarı zarafat dedi ki, ad gününü təyyarədə qeyd etmək istəmir.

Biz Macarıstana fevralın 29-da uçmalı idik, martın 7-də geri qayıdacaqdıq. Təlimi Amerika HüquqşünaslarAassosiasiyası(ABA CEELİ) təşkil etmişdi. Fevralın 10-da biz vizalarımızı aldıq. Fevralın üçüncü ongünlüyündə indi dəqiq tarix yadımda deyil Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Budapeştdə erməni zabiti öldürməsi xəbəri yayıldı. Hadisə fevralın 19-da baş vermişdi. Müxtəlif şaiyələr, söz-söhbətlər ildırım surəti ilə yayılırdı. Fevralın 26-da məni SPACE telekanalına canlı yayıma dəvət etdilər. İndi etməsinlər, o vaxt buna alışıq idim.

Yayım Xocalı soyqırımına həsr olunmuşdu və bu konteksdə Ramil Səfəroy olayından da söz düşdü. Mən fevralın 29-da Budapeştə gedəcəyimi və imkan daxilində Səfərovun işi ilə maraqlanacağımı dedim. Səhəri gün Səfərovun atası zəng edib mənimlə görüşdü. Təklif etdim notariusa gedək mənim adıma etibarnamə versin ki, Budapeştdə lazım ola bilər. Onların ailəsi adından çıxış edə bilim. Biz bir saylı notariat kontoruna gəldik. Oranın müdiri Famil müəllim bizim hansı məqsədlə gəldiyimizi bilən kimi dərhal etibarnamə hazırladı, ingilis dilinə tərcümə etdirdi və xaricdə istifadə edilə bilməsi ütün prosedurları özü həll etdi, xərcini də özü ödədi. Həmin gün tanımadığım bir nəfər zəng edib dedi ki, mənə Budapeştdə kömək edə biləcək şəxslə məni görüşdürmək istəyir.

Biz həmin adamla görüşdük . Adam milliyyətcə yəhudi olan Azərbaycan vətəndaşı idi. Məlum oldu ki, Budapeştdə onun milliyyətcə yəhudi olan dostu yaşayır, onunla danışıb və mənə yardımçı olmasını xahiş edib. Dostunun telefonunu verdi və mənim zəngimi gözləyəcəyini dedi. 29 Fevralda bazar günü Budapeştdə olduq. Martın 1-də təlim başladı. Təlim Budapeştdə keçmiş Polis Akademiyasının binasında keçirilirdi. Elə orda Akademiyanın binasında qalır, yeməkxanasında yeyirdik. Həmin gün Budapeştdə mənə verilən nömrə ilə əlaqə saxladım, mənə kömək edəcək şəxslə üçüncü gün görüşəcəyimizi planlaşdırdıq. Biz üçüncü gün Akademiyanın qarşısında görüşdük. Mənim gəlişimin məqsədindən və Ramilin işindən xəbərdar idi, dediyinə görə macar qəzetlərində hadisə geniş işıqlandırımışdı, özü də mənfi çalarlarla. Mən Səfərov üçün vəkil tutmaq istədiyimi dedim. O tanış vəkili olduğunu bildirdi və onunla danışmağı məsləhət gördü. Vəkilin milliyyətini yəqin ki,yazmağa ehtiyac yoxdu. Biz birlikdə vəkilin ofisinə getdik. Onunla işin detallarını və qonorarın məbləğini danışdıq. Bundan sonra vəkil dedi ki, elə indi polis idarəsinə gedib Ramiı Səfərovla görüşə bilərik. Açığı bunu gözləmirdim, Azərbaycanda nəinki müqavilə bağlayan şəxsi, heç vəkilin özünü müvəkkilin yanına bu tezliklə buraxmırlar. Vəkilin soyadı Zalay, adı Peter idi. Zalay dedi ki, biz Ramillə görüşəndə, sonuncu onun prosesdə iştirakına yazılı razılıq verməlidi. Vəkilin ailəsi tərəfindən dəvət edildiyini, həm müstəntiq, həm də Səfərovun bilməsi üçün orda mənim iştirakım da vacibdi. Zalay mənim yanımda Polis İdarəsinə zəng etdi, müstəntiqin kimliyini öyrəndi, onunla telefonda danışdı, gələcəyimizi dedi. Biz birlikdə polis idarəsinə gəldik, müstəntiq Səfərovun hələki polis idarəsində yerləşən müvəqqəti saxlama yerində qalmasını demişdi. Biz vəkillə birlikdə müstəntiqin kabinetinə qalxdıq. Kabinetə girəndə növbəti dəfə təəccübümü gizlədə bilmədim. Divarlarda adət etdiyimiz şəkilləri görmədim, təbiət və qadın şəkilləri vardı, ümumiyyətlə öyrəndiyimiz rəsmiyyətdən əsər- əlamət yoxidi. Müstəntiq telefonla zəng edib, Səfərovun gətirilməsi barədə göstəriş verdi…

İKİNCİ YAZI

“RAMİL SƏFƏROVLA İLK GÖRÜŞÜMÜZ”

Müstəntiqin otağında səbirsizliklə Ramil Səfərovun gəlməsini gözlədim, bir neçə dəqiqədən sonra onu gətirdilər – beləcə tanış olduq. Hiss olunurdu ki, günlərdi yatmayıb və çox yorğundur. Bununla belə qürurunu pozmadı, özünü təmkinli aparırdı, həyəcanını gizlətməyə çalışırdı. Müstəntiq vəkili ona təqdim etdi. Məlum oldu ki, buna qədər onun hüquqlarını dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. Ramilin sözlərindən başa düşdüm ki, hadisədən bir və ya iki gün sonra onun yanına Azərbaycanın Avstriyadakı səfirliyinin iki əməkdaşı gəlib, vəziyyəti ilə maraqlanıblar. O vaxt Macarıstanda Azərbaycan səfirliyi yox idi. Ramilə valideynlərinin salamını çatdırdım, evdə hər şeyin qaydasında olduğunu dedim. Hadisə barədə mənə qısaca bilgi verdikdən sonra izah etdim ki, bundan sonra hüquqlarını mənimlə gələn vəkil Zalay müdafiə edəcək, bütün məsələləri onunla müzakirə etsin, onun iştirakı olmadan heç bir ifadə verməsin. Səfərov onun müdafiəçisi kimi Zalayın iştirak etməsinə yazılı razılıq verdi. Müstəntiq Zalaya işin materiallarını təqdim etdi. Bizsə Ramillə bir qədər ordan-burdan söhbət etdik. Söz verdim ki, yaxın vaxtlarda imkan olan kimi Budapeştə qayıdacam. Ramillə sağollaşdıqdan sonra geriyə Zalayın ofisinə qayıtdıq. Zalayla işin detallarını Ramilin ifadəsini müzakirə etdik. Məlum oldu ki, Macarıstanın qanunvericiliyi cinayət işinin materialları ilə bu mərhələdə də tanış olmaq, hətta surətlərini almaq imkanı verir. Zalay söz verdi ki, ertəsi gün Səfərovun ifadəsinin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin və digər sənədlərin surətlərini alacaq və mənə də verəcək ( Bu mənim növbəti təəccübümə səbəb oldu, çünki bizdə belə şey olmur və qanunlar fərqlidir. Maraqlısı o idi ki, müstəntiqin sənədlərin surətini verməsi üçün vəkil rəsmi qaydada sənədin hər səhifəsi üçün pul ödəməli idi). Zalayla qonorarın məbləğini də dəqiqləşdirdik, vəkil demişdi ki, qonorar məsələsini Ramil onun iştirakına razılıq verdikdən sonra danışaq. Razılığa gəldik ki, ona istintaqda iştirakı üçün 5.000 dollar ödəniləcək. Mən pulun bir hissəsini 3000 dollarını sabah sənədləri almağa gələndə verəcəyimi, qalanını isə Bakıya qayıdandan sonra bank vasitəsi ilə göndərəcəyimi dedim. Biz ayrıldıq və yeni tanışımla Akademiyaya qayıtdım. Burda təlimə gələn yoldaşlar məni gözləyirdi. Ramillə görüşdüyüm və ona vəkil tuta bildiyim üçün sevincli idim. Sevincimi həmyerlilərimlə bölüşdüm. Vəkillə danışığımı, Ramillə görüşümüzün təfərrüatını onlara çatdırdım. Budapeştə gələndə özümlə hər ehtimala qarşı 3000 dollar pul götürmüşdüm. Yoldaşlarıma dedim ki, vəkilə sabah bu məbləğdə pul verməliyəm. Təklif etdim ki, pulun 2500-nü mən qoyum, 4 prokuror və 1 hakim hərəsi 100 dollar olmaqla qalan 500-ü versinlər. Mən Vaqif Səmədovun imkanlarını bildiyimdən ondan pul almaq istəmirdim, 500 dolları isə özümə ehtiyat üçün saxlayacaqdım.

Yoldaşlardan heç biri pul verməyə razı olmadılar,

arqument də bu oldu ki, biz nə üçün pul verməliyik, dövlət bu işi özü həll etməlidi. Səmimi deyim ki, onların hərəkəti mənim üçün gözlənilməz idi. Adamlar indi də vəzifə sahibləridi. İllərdir bu barədə danışmamışam, indi də ürək ağrısı ilə yazıram. Pul vermədikləri bir yana mənə məsləhət də verməyə başladılar. Deyirdilər ki, vəkil səni tanımır, sən də onu, sənə Ramil Səfərovla görüşmək lazım idi Allaha şükür onu da bacardın. İki gündən sonra geri qayıdırıq, vəkil səni hardan tapacaq. Azərbaycana qayıdandan sonra vəziyyəti deyərsən, sonra dövlət bu işlə məşğul olar.

Dedim ki, hadisədən sonra Macarıstanda onsuz da barəmizdə pis fikir formalaşıb, indi vəkilə də atsaq bizə nə deyərlər, deməzlərmi ki, azərbaycanlılar dələduzdurlar.

Qərara aldım ki, sabah öz pulumun hamısını vəkilə verəcəm. Bu vaxt rəhmətlik Vaqif Səmədov mənə yaxınlaşdı və dedi ki, narahat olma mənim 300 dollarım var, onun yarısını götür.

Səhər vəkilin ofisinə gedib ona vəd etdiyim pulu verdim ( sonradan Müdafiə Nazirliyi bu pulu mənə qaytardı), sənədlərin surətlərini götürdüm, bazar günü martın 7-də biz Bakiya qayıtdıq. Budapeştdə olduğumuz vaxt Azərbaycan telekanallarından mənə zənglər oldu , mən Ramillə görüşdüyümüz və ona vəkil tutduğum haqda məlumat verdim.

Şənbə günü mənə baş prokurorun birinci müavini zəng etdi və qayıdanda baş prokurorun mənimlə görüşmək istədiyini dedi…

III YAZI

SƏFƏROVUN İKİNCİ VƏKİLİ ELÇİN USUB TƏRÇÜMƏÇİ SEVİNC MİCURİ OLDU

Bakıya gələn kimi prokurorluğa getdim. Baş prokurorla və onun birinci müavini ilə görüşdük. Ramillə görüşüm və vəkil barəsində onlara da məlumat verdim. Başa düşdüm ki, Səfərovun taleyinə əhalinin marağını və narahatlığını nəzərə alan ölkə rəhbərliyi tərəfindən bu iş üzrə istintaqın gedişini diqqət mərkəzində saxlamaq və lazımi dəstək vermək onlara tapşırılıb. Bu söhbətdən sonra Müdafiə Nazirliyinə getdim, orda pulumu qaytardılar və vəkilin qonorarının qalan hissəsini ona çatdırmaq üçün mənə verdilər, bu məsələ həll olundu. Mənim çoxsaylı çatışmayan cəhətlərimdən biri də Azərbaycan və rus dillərindən başqa dil bilməməyimdir. Buna görə Budapeştə xarici dil bilən vəkilin də getməsi məsləhət oldu. Mən həmkarım Elçin Usubun Almaniyada hüquq təhsili aldığını bildiyim və savadlı vəkil kimi tanıdığım üçün onun namizədliyini verdim, onunla danışıb razılığını aldıq. Qeyd edim ki, Səfərov üçün tutduğumuz vəkil Peter Zalay da alman dilində sərbəst danışırdı və Macarıstanda vaxtilə bizdəki kimi rus dili içbarı tədris olunduğu üçün əksər yaşlı əhali kimi o da rusca az-maz danışa bilirdi. Elçin onunla alman dilində, mən isə rus dilində danışırdıq. Qalırdı Ramil Səfərovla vəkilin ünsiyyət məsələsini həll etmək, məlum oldu ki, Səfərovun rus dili biliyi Zalaydan, Zalayın ingiliscəsi də Səfərovunkundan zəifdir. Bu problemi də Budapeştdə yaşayan azərbaycanlılar vasitəsi ilə həll etmək qərarına gəldik. Elçin səhv etmirəmsə mart ayında Macarıstana getdi. Mart-aprel aylarında mən əlimdə olan işləri yekunlaşdırdım.

O vaxt Azərbaycanda Macarıstan səfirliyi olmadığından viza almaq problemi vardı.

Eyni zamanda Macarıstanın Azərbaycan vətəndaşlarının xidməti pasportla vizasız gedə biləcəyi ölkələr sırasına daxil olduğunu nəzərə alaraq aprelin sonlarında Xarici İşlər Nazirliyindən mənə xidməti pasport verildi. May ayında mən Budapeştə getdim. Bu dəfə daha uzun müddət qalmağı planlaşdırırdım və daha sərbəst idim. Yuxarıda qeyd etdiyim tərçümə problemini Budapeştdə yaşayan Sevinc xanımın vasitəsi ilə həll etdik. Soyadı Micuri olan bu xanımı Səfərovun işində göstərdiyi xidmətlərə görə həmişə minnətdarlıqla xatırlayıram. Sevinc xanımın tərcüməçi kimi lisenziyası olmadığından o prosesdə rəsmi tərcüməçi kimi iştirak edə bilməsə də bir müddət tərcüməçi dəvət edilənə kimi vəkillə Səfərov arasında tərçüməçilik etdi. Sevinc bir neçə dəfə mənim vəkillə söhbətlərimdə tərcüməçi kimi, eyni zamanda bəzi texniki problemlərin həllində yerli şəraiti bilən adam kimi yardımçı olub. Mən Budapeştə ikinci dəfə gələndə artıq bəzi istintaq sənədləri ilə, o cümlədən Səfərovun ilkin ifadələri və ekspertiza rəyləri ilə tanış idim. Bilirdim ki, Ramil həbs edildikdən sonra iki dəfə ifadə verib və psixatrik ekspertizadan keçib. Dili bilmədiyi üçün ona tərcüməçi verilib. Amma nədənsə bu Ramilin ana dili olan azərbaycan dili, ali təhsil aldığı türk dili, Macarıstanda öyrənmək üçün gəldiyi ingilis dili deyil, rus dili tərcüməçisi olub, sonradan həmin qadını Ramil Səfərovun məhkəməsində gördüm. Səfərova Azərbaycan dilini bilən tərcüməçinin verilməməsini hardasa başa düşmək olardı.

Macarıstanda Azərbaycan və macar dillərini sərbəst bilən və tərçüməçi lisenziyası olan birini tapmaq yəqin ki, müşkül məsələdi. Amma sonradan Səfərovun məhkəməsində belə birinin olması məlum oldu. Onu da məhkəmədə gördüm, Cənubi Azərbaycan əsilli bu qadının məhkəmə prosesinə necə gəlməsindən az sonra yazacam. Səfərova yuxarıda qeyd etdiyim kimi ana dili qədər sərbəst danışdığı türk dilini bilən deyil, xüsusi öyrəndiyi ingilis dilini bilən deyil, Bakıda hərbi litseydə oxuduğu dövrdə məişət danışığı səviyyəsində təmasda olduğu, yetərincə başa düşmədiyi və danışa bilmədiyi rus dilini bilən tərcüməçinin verilməsi qanunsuz idi. Bunun üstündə ona görə xüsusi dayandım ki, dil problemi Ramilin ifadəsinin və məhkəmə psixatrik ekspertizasında ekspertlərlə söhbətin tərcüməsində onun əleyhinə işləyən amil olmuşdu, sonra məhkəmədə də onun əleyhinə işlədi, bu barədə də bir qədər sonra. Səfərovla ikinci görüşümüz onun saxlanıldığı istintaq təcridxanasında oldu. Mən Budapeştə gələndə prosesdə vəkil kimi iştirak etməyə buraxılmaq üçün məktub götürmüşdüm.

Məktubu vəkil Zalay istintaqa təqdim etdi. Məlum oldu ki, Macarıstan qanunvericiliyi də bizdə olduğu kimi əcnəbi vəkilin iştirakına yol vermir. Bu səbəbdən məni vəkil kimi prosesə buraxmasalar da Səfərovun nümayəndəsi kimi iştirak etməyimə icazə verildi. Səfərovla ikinci görüşə mən, Sevinc xanım və vəkillə birlikdə getdik. Onu deyim ki, təcridxananın binası mənim növbəti təəccüb obyektim oldu. Bakının mikrorayonlarında gördüyünüz, ətrafdan heç nə ilə təcrid olunmamış, yaxınlığından tramvay xətti və şosse yolu keçən adi doqquzmərtəbəli binalardan birini təsəvvürünüzə gətirsəniz təəccübümü başa düşəcəksiniz. Səfərovla istintaq otağında görüşdük, hadisə barəsində ətraflı danışmaq imkanımız oldu. Burada bir haşiyə çıxmaq istəyirəm.

Hazırki yazıda hadisənin detalları, Səfərovun hadisə barədə danışdıqlarından heç nə yazmaq istəmirəm. Bunun bir mənəvi tərəfi var, əgər Səfərov özü bu barədə danışmaq istəsə və ya danışmağıma etiraz etmədiyini yazılı şəkildə mənə bildirsə, həvəslə bunları da sizlərlə bölüşərəm. Onunla əlaqəsi olan varsa bu xahişimi çatdırmasını rica edirəm. Qayıdaq təcridxanadakı görüşümüzə. Görüşdə məlum oldu ki, Səfərov ikiadamlıq kamerada saxlanılır.

Yerli qanunlara görə biz ona kamerada istifadə edə bilməsi üçün soyuducu, radio və teletekst funksiyası olmayan televizor gətirə bilərik. Hər dustağın hesabına aylıq 300 dollara kimi pul köçürülməsinə icazə verilir, onun müəyyən edilmiş vaxtlarda, əvvəl həftədə bir dəfə idi, sonra iki dəfə oldu ailəsi ilə telefonla danışmaq hüququ var, özünün türmə rəhbərliyinə yazdığı siyahıda göstərdiyi şəxslərlə görüş imkanı verilir. Bakıya qayıdana kimi soyuducu, radio və televizor alıb Sevinc xanımın vasitəsi ilə ona çatdırdım, hesabına 300 dollar pul qoydum və beynəlxalq telefon danışıqları üçün kart göndərdim. Səfərovun dediklərindən aydın oldu ki, müsəlman olduğunu yemək verilərkən nəzərə alırlar, donuz ətindən yemək vermirlər.

Hesabındakı puldan türmənin daxilində ərzaq və gündəlik tələbat predmetləri almaq üçün istifadə edə bilir.Aamma nədənsə bu Ramilin ana dili olan azərbaycan dili, ali təhsil aldığı türk dili, Macarıstanda öyrənmək üçün gəldiyi ingilis dili deyil, rus dili tərcüməçisi olub, sonradan həmin qadını Ramil Səfərovun məhkəməsində gördüm. Səfərova Azərbaycan dilini bilən tərcüməçinin verilməməsini hardasa başa düşmək olardı. Macarıstanda Azərbaycan və macar dillərini sərbəst bilən və tərçüməçi lisenziyası olan birini tapmaq yəqin ki, müşkül məsələdi. Amma sonradan Səfərovun məhkəməsində belə birinin olması məlum oldu. Onu da məhkəmədə gördüm, Cənubi Azərbaycan əsilli bu qadının məhkəmə prosesinə necə gəlməsindən az sonra yazacam. Səfərova yuxarıda qeyd etdiyim kimi ana dili qədər sərbəst danışdığı türk dilini bilən deyil, xüsusi öyrəndiyi ingilis dilini bilən deyil, Bakıda hərbi litseydə oxuduğu dövrdə məişət danışığı səviyyəsində təmasda olduğu, yetərincə başa düşmədiyi və danışa bilmədiyi rus dilini bilən tərcüməçinin verilməsi qanunsuz idi. Bunun üstündə ona görə xüsusi dayandım ki, dil problemi Ramilin ifadəsinin və məhkəmə psixatrik ekspertizasında ekspertlərlə söhbətin tərcüməsində onun əleyhinə işləyən amil olmuşdu, sonra məhkəmədə də onun əleyhinə işlədi, bu barədə də bir qədər sonra. Səfərovla ikinci görüşümüz onun saxlanıldığı istintaq təcridxanasında oldu.

Mən Budapeştə gələndə prosesdə vəkil kimi iştirak etməyə buraxılmaq üçün məktub götürmüşdüm. Məktubu vəkil Zalay istintaqa təqdim etdi. Məlum oldu ki, Macarıstan qanunvericiliyi də bizdə olduğu kimi əcnəbi vəkilin iştirakına yol vermir. Bu səbəbdən məni vəkil kimi prosesə buraxmasalar da Səfərovun nümayəndəsi kimi iştirak etməyimə icazə verildi. Səfərovla ikinci görüşə mən, Sevinc xanım və vəkillə birlikdə getdik. Onu deyim ki, təcridxananın binası mənim növbəti təəccüb obyektim oldu. Bakının mikrorayonlarında gördüyünüz, ətrafdan heç nə ilə təcrid olunmamış, yaxınlığından tramvay xətti və şosse yolu keçən adi doqquzmərtəbəli binalardan birini təsəvvürünüzə gətirsəniz təəccübümü başa düşəcəksiniz.

Səfərovla istintaq otağında görüşdük, hadisə barəsində ətraflı danışmaq imkanımız oldu. Burada bir haşiyə çıxmaq istəyirəm. Hazırki yazıda hadisənin detalları, Səfərovun hadisə barədə danışdıqlarından heç nə yazmaq istəmirəm. Bunun bir mənəvi tərəfi var, əgər Səfərov özü bu barədə danışmaq istəsə və ya danışmağıma etiraz etmədiyini yazılı şəkildə mənə bildirsə, həvəslə bunları da sizlərlə bölüşərəm. Onunla əlaqəsi olan varsa bu xahişimi çatdırmasını rica edirəm. Qayıdaq təcridxanadakı görüşümüzə. Görüşdə məlum oldu ki, Səfərov ikiadamlıq kamerada saxlanılır. Yerli qanunlara görə biz ona kamerada istifadə edə bilməsi üçün soyuducu, radio və teletekst funksiyası olmayan televizor gətirə bilərik. Hər dustağın hesabına aylıq 300 dollara kimi pul köçürülməsinə icazə verilir, onun müəyyən edilmiş vaxtlarda, əvvəl həftədə bir dəfə idi, sonra iki dəfə oldu ailəsi ilə telefonla danışmaq hüququ var, özünün türmə rəhbərliyinə yazdığı siyahıda göstərdiyi şəxslərlə görüş imkanı verilir. Bakıya qayıdana kimi soyuducu, radio və televizor alıb Sevinc xanımın vasitəsi ilə ona çatdırdım, hesabına 300 dollar pul qoydum və beynəlxalq telefon danışıqları üçün kart göndərdim. Səfərovun dediklərindən aydın oldu ki, müsəlman olduğunu yemək verilərkən nəzərə alırlar, donuz ətindən yemək vermirlər. Hesabındakı puldan türmənin daxilində ərzaq və gündəlik tələbat predmetləri almaq üçün istifadə edə bilir.

IV YAZI

RAMİL SƏFƏROVLA ÜÇÜNCÜ GÖRÜŞÜMÜZ

İkinci görüşümüzdə işin vəziyyəti müzakirə edilərkən məlum oldu ki, Səfərov müstəntiq tərəfindən iki dəfə 19 fevral və 4 mart tarixlərində dövlət hesabına təyin edilmiş vəkilin və rus dilli tərcüməcinin iştirakı ilə dindirilib.

Yenə də rusdilli tərcüməçinin iştirakı ilə psixatrik ekspertiza keçirilərək rəy alınmışdı.

Dindirmə protokollarında və ekspertiza rəyində yazılanları Sevinc xanım ona Azərbaycan dilinə tərcümə etdi. Məlum oldu ki, bu sənədlərdə Səfərovun dedikləri açıq-aşkar təhrif edilib. Biz bunu Ramilin rus dilini yaxşı bilməməsi, əslində demək olar ki, bilməməsi ilə izah etməyə çalışdıq. Prosesin sonrakı gedişi bir az fərqli yorumlara əsas verirdi. Onun rus dilini bilməməsi psixiatrik ekspertizanın rəyi ilə obyektiv təsdiq olunurdu. Bu barədə bir qədər sonra ekspertiza barəsindəki yazıda oxuyacaqsınız. Qərara aldıq ki, Səfərova verilmiş rusdilli tərçüməçinin dəyişdirilməsi barədə vəsatət qaldırılsın, ona Azərbaycan, yaxud türk dillərini səlis bilən tərcüməçi təyin edilsin.

İstintaq bu vəsatəti təmin etdi. Bundan sonrakı iki dindirmədə tərçüməçi kimi Sevinc xanım iştirak etdi. Vəkil Peter Zalay iki əlavə şahidin dindirilməsi barədə vəsatət verdi, istintaq bu vəsatəti də təmin edərək həmin şəxsləri dindirdi. May ayında mən istintaqın başa çatması ilə əlaqədar üçüncü dəfə Budapeştə getdim. Bu dəfə istintaq təcridxanasına tək getmişdim. Ramillə görüş otağında şüşə arakəsmə arxasından danışdıq. Görüş üçün kimdənsə icazə almağa ehtiyac olmadı. Girişdəki pəncərəyə yaxınlaşıb pasportumu təqdim etdim və Səfərovla görüşə gəldiyimi dedim. Üstümə baxış keçirdikdən sonra məni görüş otağına ötürdülər və Ramin Səfərovu gətirdilər. Otaqda başqa məhbuslar yaxınları ilə oturub danışırdılar. Məlum oldu ki, ağır cinayətdə ittiham olunanlarla görüş kabinədə şüşə arakəsmə arxasında olur,telefonla danışırsınız. İndi bu qayda bizdə də tətbiq edilir. Görüşdə Ramilin məhkəmə çıxışını müzakirə etdik. Qərara gəldik ki, o, çıxışı özü hazırlayacaq, sonra mənə göndərəcək. Məhkəmə öncəsi mən Budapeştə gələcəm, bir də görüşüb son variantı hazırlayaçağıq. Belə də etdik. İş 2004cü ilin iyun ayinda ittiham aktı ilə məhkəməyə getdi və birinci məhkəmə iclası 23 noyabr 2004-cü ilə təyin edildi

V YAZI

BİRİNCİ MƏHKƏMƏ İCLASI

HAKİM 4 TƏRCÜMƏÇİ DƏVƏT ETDİ

Beləliklə, birinci məhkəmə iclası 23 noyabr 2004-cü ildə baş tutdu. Həmin ilin sentyabr ayında Macarıstanda Azərbaycan Respublikasının səfirliyi açılmışdı. Həsən Həsənov səfir təyin edilmişdi.

Ona qədər Həsənovla şəxsi tanışlığımız olmasa da barəsində kifayət qədər bilgim vardı, orda bir daha əmin oldum ki, Həsənov həqiqətən dövlət adamıdır. Ramil Səfərovun işi ilə əlaqədar ən çox zəhmət çəkmiş insanlardan biri Həsən Həsənov oldu. Birinci məhkəmədə səfirliyin əməkdaşları və Budapeştdə təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak etdi. Hakimlər və dövlət ittihamçısı, habelə prosesin digər iştirakçıları təqdim edildi , onlara etirazın olmadığı aydınlaşdırıldı.

Yeri gəlmişkən, Məhkəmə zalı çox möhtəşəm idi. İttihamçı-prokuror bizdəkindən fərqli olaraq vəkillər kimi mantiya geyinmişdi. Mantiyalar arasında yeganə fərq yaxalığın rəngində idi. İttihamçı, zərərçəkən şəxsin vəkili və Ermənistandan olan nümayəndəsi hakimə baxanda solda, təqsirləndirilən şəxsin vəkili və nümayəndəsi sağda oturmuşduq. Ramil Səfərov məhkəmə heyəti ilə üzbəüz oturmuşdu.

Məhkəmə zalında bizdəki kimi qəfəs və akvarium yox idi. Fasilədə nəzarətçilər Ramil Səfərovla görüşə, hətta şəkil çəkdirməyə şərait yaradırdı və bunun üçün heç kimdən pul istəmirdi, eyni ilə bizdəki kimi,  Yeri gəlmişkən, məhkəmədə hakimlik edən Andraş Vaskuti mantiya geyinmişdi. Onun sağdış, solduşu olan iki qadın isə mantiyasız adi geyimdə idilər. Məlim oldu ki, Macarıstanda köhnə, sovet sistemində olduğu kimi xalq iclasçıları var. Bunlar andlı iclasçılar da deyil, sadəcə xalq arasından seçilmiş qeyri-professional hakimlərdi, açığı buna çox təəccübləndim, amma bu dəfə macar məhkəməsi bizimki ilə müqayisədə uduzurdu.
Proses iştirakçılarınin təqdimatından sonra hakim bildirdi ki, nə qədər Ramil Səfərov prosesin aparıldığı macar dilini bilmir onun hüquqlarının təmin edilməsi üçün məhkəmə tərcüməçi dəvət etməyə qərar verib. Daha sonra hakim belə bir cümlə işlətdi “Ramil Səfərovun ittiham edildiyi cinayətə görə ən ağır cəza ömürlük həbs cəzası nəzərdə tutulur. Ona görə də Macarıstan dövləti tərcüməçilər üçün pul əsirgəməməlidir. Biz 4 tərcüməçi dəvət etmişik”. Tərcüməçilər təqdim edilərkən məlum oldu ki, hakim dörd dil – Azərbaycan, rus, ingilis və türk dilləri üzrə tərcüməçi dəvət edib.

Əvvəl barəsində bəhs etdiyim Cənubi Azərbaycan əsilli Azərbaycan dili üzrə tərcüməçi görünür ki, Macarıstanda çoxdan yaşadığından onun azərbaycancasını başa düşmək olmurdu. Rus dilindən tərcümə edəcək qadın istintaqda iştirak etmişdi, təbii ki, Səfərov onun iştirakına etiraz etdi. İngilis dili üzrə tərcüməçi birinci dəfə prosesə cəlb edilmişdi. Səfərov onların arasından tərcüməçi kimi türk dili üzrə tərcüməçi Qabriela Ortuncu seçdi. Hesab edirən ki, həyat yoldaşı türk olan bu macar qadının da Ramil Səfərovun cinayət işində və həyatında xüsusi müsbət rolu oldu, o, Ramilə oğlu kimi münasibət göstərirdi. Burda bir haşiyə də çıxmaq istərdim. Macarıstanda məhkəmədə iştirak edən tərçüməçi gördüyü işin bir saatı üçün o vaxt təxminən 80 avro alardı, prosesin sonunda hakim zəhmət haqqının verilməsi üçün qərar verirdi və tərcüməçi pulu dərhal ala bilirdi. 
Prosedur məsələləri bitdikdən sonra məhkəmə Ramil Səfərovun dindirilməsinə keçdi.

VI YAZI

HAKİM NƏ İSTƏDİYİNİ GİZLƏTMİRDİ

PSİXİATRİK EKSPERTİZA RƏYLƏRİ

Hakim Vaskuti Andraşın tərəfsizliyini qoruya bilməməsi prosesin sonrakı mərhələlərində də hiss olunurdu. Məsələn, ikinci erməni zabiti Hayk Manukyan məhkəmədə ifadə verərkən, onun istintaqda verdiyi ifadə ilə ziddiyyət yarandı bu ziddiyətin araşdırılması zamanı o özünü dolaşdırdı və ziddiyət daha da dərinləşdi. Bunu görən hakimin yadına düşdü ki, erməni zabitin ifadəsini tərcümə edən tərçüməçinin lisenziyası yoxdur , buna görə dindirmə yarımçıq qaldı və fasilə elan etdi. 

Bir məqamda hakimin qərarı ümumiyyətlə əndazəni aşırdı. 8 fevral 2005-ci il tarixli ikinci məhkəmə iclasında hakim bildirdi ki, “90-cı illərin hərbi hadisələrini məhkəmə ümumi qəbul edilmiş faktlar kimi tanıdığından bundan sonra erməni-Azərbaycan münaqişəsinə aid sübutlar irəli sürülməsinə icazə vermir. Məhkəmənin vəzifəsi ittihamın predmeti olan əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, onun hadisəni nə üçün və hansı psixi durumda etməsini müəyyən etməkdir”. Şəxsən mən belə hesab edirəm ki, hadisənin erməni-Azərbaycan münaqişəsi (əslində müharibəsi) kontekstindən kənar araşdırılması obyektiv ola bilməzdi. Maraqlıdır ki, müdafiə tərəfinə bu barədə sübutlar irəli sürməyə icazə verməyən hakim Vaskuti Andraş yekun məhkəmə qərarında-hökmdə həmin hadisələri özünə sərf edən şəkildə interpretasiya etmişdi. 
Hakimin tərəfkeşliyi psixiatrik ekspertiza ilə bağlı məqamlarda pik həddinə çatdı. Bu cür qərəzli mövqe hətta Azərbaycan məhkəmələri üçün də xarakterik deyil. Yəqin çoxlarınız bilmir ki, bu iş üzrə 4 dəfə məhkəmə psixiatrik ekspertiza keçirilib. Birinci ekspertiza istintaq dövründə hadisədən dərhal sonra keçirilmişdi. 

Ekspert psixiatr Katalin Qaal və psixoloq Kristina Yuxasın verdikləri 33/2004 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdi ki, Ramil Səfərov cinayəti törədən vaxt və hal hazırda anlaqlı vəziyyətdədir, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Heç bir psixi pozuntu və xəstəliyi yoxdur. Rəyin detallarına getmədən bir məqamı vurğulamaq istərdim. Ekspertiza hadisədən az müddət sonra 23 fevral 2004-cü ildə keçirilmişdi, Səfərov fikirlərini, verilən suallara cavablarını ekspertlərə rus dilində çatdırmışdı. Ekspertizaya bu məqsədlə tərcüməçi Juja Timar dəvət edilmişdi. İstintaqın ilkin mərhələsində Səfərovun ifadəsini də həmin tərçüməçi tərcümə etmişdi. Rəyin ən mübahisəli məqamı Ramil Səfərovun intellektual səviyyəsinin aşağı olması, hətta orta məktəb bitirmiş şəxsin səviyyəsinə uyğun olmaması idi. Türkiyədə Ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş şəxsin intellektual səviyyəsinin aşağı olması barədə rəydə göstərilənlər onu birmənalı olaraq şübhə altına almağa əsas verirdi. Bir az irəli gedərək deyim ki, sonrakı üç ekspertiza müayinə olunan şəxsin intellektinin yüksək , yəni aldığı təhsilin səviyyəsinə uyğun olmasını təsdiq etdi. Birinci ekspertiza rəyindəki ziddiyyətli məqamları aradan qaldırmaq üçün Səfərovun vəkili yeni ekspertiza təyin edilməsi barədə vəsatət qaldırdı. Hakim əvvəlcə rəyi vermiş ekspertləri məhkəməyə dəvət etmək barədə qərar verdi.

Mən Bakıya qayıdan kimi Azərbaycan Səhiyyə Nazirliyinin baş məhkəmə-psixiatrı, tibb elmləri doktoru, professor Bilal Əsədovla görüşüb onun yardımına ehtiyac olduğunu dedim. 33/2004-cü il saylı psixiatrik ekspertizanın rus dilində tərcüməsini ona təqdim etdim. Professor Əsədov rəylə tanış olduqdan sonra biz yenidən görüşdük. Bilal Əsədov rəydə olan ziddiyyətləri mənə izah etdi və onları araşdırmaq üçün ekspertlərə məhz hansı suallar verməyin vacib olduğunu məsləhət gördü. Əsədov 16 sualdan ibarət olan bir siyahı təqdim etmişdi. 11-ci sual belə idi : “ Sizin keçirdiyiniz Rorşah testinin nəticəsində Ramil Səfərovun intellektinin orta məktəb məzununun səviyyəsinə uyğun olmadığı müəyyən edilib. Necə olur ki, ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş, dəfələrlə müxtəlif treninqlərdə iştirak etmiş , özü kursantlara təlim keçən şəxs birdən birə testdə belə zəif nəticə göstərir? Mütəmadi olaraq verilən suallara aidiyyəti olmayan cavablar verir, verdiyi cavabları təkrar etməyə meyllidir , vaxtaşırı aşağı danışıq stilinə keçir”. Bu sualın yeganə cavabı tərçümənin yararsız olması və Səfərovun rus dilini bilmədiyi üçün onun dediklərinin təhrif olunması idi. Məhkəmənin yuxarıda qeyd etdiyim 8 fevral 2005-ci tarixli iclasından başlayaraq Ramil Səfərovun hüquqlarını iki vəkil Peter Zalay və Georgi Madyar müdafiə edirdilər. İkinci vəkil səfirliyimizin təşəbbüsü və iştirakı ilə tutulmuşdu. Vəkillər məhkəməyə dəvət edilmiş ekspertlərə suallar verilərkən Bilal Əsədovun hazırladığı suallardan məharətlə istifadə etdilər. Ekspertlər biri-digərini inkar edən cavablar verirdi. Ekspertlərin cavabında bir məqam diqqətimi xüsusi cəlb etdi. Psixiatr suala cavab verərkən dedi ki, əgər təqsirləndirilən şəxs PST-dən (post travmatik stress-bu barədə bir azdan daha ətraflı yazacam) əziyyət çəksəydi o zabit kimi hərbi xidmətə yararsız hesab edilməli idi, amma işdə belə bir tibbi müayinə aktı yoxdur. Psixoloqsa dedi ki, Səfərov rusca o qədər yaxşı danışırdı ki, bəzi sözləri ( yəqin “voda” və”xleb”i deyirdi) o da başa düşürmüş. Ekspertlərin suallara verdiyi natamam və ziddiyyətli cavablardan sonra Məhkəmənin yeni ekspertiza keçirilməsi barədə qərar verməkdən başqa yolu qalmadı. Məhkəmə vəkillərin vəsatəti ilə azərbaycanlı ekspertlərin ekspertizanın keçirilməsində müşahidəçi kimi iştirakına da icazə verdi. 

VII YAZI

OMBUDSMAN ELMİRA SÜLEYMANOVANIN
RAMİL SƏFƏROVUN İŞİNDƏ İŞTİRAKI

Bu işin əvvəlindən proseslərdə iştirak edən şəxs kimi deyə bilərəm ki, Ramil Səfərovun həyatında ən mühüm müsbət rollardan birini ombudsman Elmira xanım Süleymanova oynadı. Elmira xanım birinci gündən bu işi şəxsi nəzarətində saxlayırdı. Macarıstanda olduğum günlərdən birində məlum oldu ki, Süleymanova da, səhv etmiəmsə, Avropa Şurasına daxil olan dövlətlərin ombudsmanlarınin toplantısında iştirak etmək məqsədilə Budapeştə gəlib. Biz onunla görüşdük. Elmira xanım Macarıstanın ombudsmanın vasitəsi ilə Ramil Səfərovla görüşmək üçün icazə aldı. Biz yerli ombudsman aparatının əməkdaşı ilə birlikdə Ramil Səfərovun saxlanıldığı istintaq təcridxanasına gəldik. Elmira xanıma Ramil Səfərovla görüşməyə şərait yratdılar. Türmə əməkdaşlarının birinin xidməti otağında Ramil Səfərovla Elmira Süleymanovanın görüşü oldu, mən də görüşdə iştirak etdim. Elmira xanım Ramil Səfərova ürək-dirək verdi, ölkə rəhbərliyi səviyyəsində onun işi ilə maraqlanıldığını, özünün də bu işi daim nəzarətdə saxladığını dedi. Görüşdən sonra Süleymanovanın xahişi ilə təcridxananın rəisi bizə dustaqların saxlanıldığı bir kameranı göstərdi. Sizi inandırım ki, bu Azərbaycanın ailə yataqxanalarının bəlkə də ən yaxşısından daha yaxşı otaq idi. Burda bir haşiyə çıxaraq deyim ki, Elmira Süleymanova mənim bildiyim qədər işin axırına kimi sözünü tutdu və Ramil Səfərovu unutmadı. Sizi inandırıram ki, Elmira xanım Azərbaycanda olan işlər üzrə Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi, yəqin ki, burda baş verən qanunsuzluqların ən azı 10 faizinin qarşısını ala bilərdi.

MACARISTANIN HƏRBİ PROKURORU İLƏ UNUDULMAZ GÖRÜŞ

Macarıstanın Hərbi Prokuroru ilə olan görüşümüzü yəqin ki, heç vaxt unutmayacam. O, həyatımda gördüyüm və bundan sonra görə biləcəyim ən sadə prokuror olub. General-leytenant rütbəsində olan bu adamın simasında bir nəciblik vardı. Mən Ramil Səfərovun işi ilə əlaqədar hərbi prokurorla görüşmək üçün Budapeştdə yaşayan həmyerlimiz Vüqar Seyidovdan (ona da bu işə göstərdiyi münasibətə görə təşəkkür edirəm) zəng edib görüş almasını xahiş etdim. Seyidov zəng edib xahişimi prokurorluğun əməkdaşına çatdırdı, qısa bir zamandan sonra onun telefonuna geri zəng gəldi, dedilər ki, prokuror sabah saat 9-30 da məni qəbul edəcək. Maraqlandılar ki, hansı dili bilirəm, mən rus dilini bildiyimi dedikdə sabah görüşə rus dili tərcüməçisi dəvət edəcəklərini bildirdilər. Səhər deyilən vaxt hərbi prokurorluğun qarşısında oldum. Binanın girəcəyində orta yaşlı bir qadın vardı, məlum oldu ki, o, xüsusi olaraq bu görüş üçün dəvət edilmiş rus dili tərcüməçisidir. Sonralar Elena adlı bu qadın Səfərovun məhkəmələrində mənim üçün tərçüməçilik etdi və macar dilində olan sənədləri rus dilinə çevirdi. Təyin olunmuş vaxt podpolkovnik rütbəli şəxs qapıya yaxınlaşıb bizi içəri dəvət etdi və liftlə 3-cü mərtəbəyə qalxdıq. Vüqar Seyidov və tərcüməçi qadın da bizimlə idi. Hərbi Prokurorun köməkçisi olan podpolkovnik rəisinin adından üzrxahlıq etdi. Dedi ki, hazırda onun yanında Konstitusiya məhkəməsinin Sədri var o çıxan kimi prokuror bizi qəbul edəcək. 5-10 dəqiqə sonra qapı açıldı və iki nəfər çıxdılar. Prokuror üzr istəyib qonağı yola saldı və bizi qəbul etdi. Təxminən 10-15 dəqiqəlik çox xoş bir söhbətimiz oldu. Məlum oldu ki, Səfərov başqa dövlətin hərbçisi olduğu üçün onun işinin Macarıstan Hərbi Prokurorluğuna aidiyyəti olmayıb. Söhbət zamanı prokuror bizə çay və qəhvə təklif etdi, söbət bitəndən sonra isə liftə qədər bizi ötürdü. Bu görüş barəsində nə üçün yazdığımı yəqin ki, özünüz başa düşdünüz.

FRENK ELKAPONİ İLƏ UĞURSUZ GÖRÜŞ 

Yadınızdadırsa yazmışdım ki, bu işlə əlaqədar heç bir iş adamından pul almamışam, arada-bərədə qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz. Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi Bakıdadır, Hyatt Recensi mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədi ilə mənimlə görüşmək istəyir. Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik. Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini çəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini , nə də onun vəkillərini gördüm .

VII YAZI

HAKİMİN İKİ UĞURSUZ CƏHDİ

Məhkəmə qərarına əsasən psixiatr İldiko Kovaç və psixoloq Yanoş Xorvat 1335/2005 saylı ikinci ekspertiza rəyi verdilər. Ekspertlər bu rəyə əsasən Ramil Səfərovda post travmatik stress (possttraumas stress) olması diaqnozu qoydular. Ekspertlər Səfərovla onun istəyinə əsasən türk dilindən tərcüməçi vasitəsi ilə ünsiyyətdə oldular. Rəydə göstərilirdi ki, Səfərov əməli törədərkən , şəraiti öz düşüncəsinə uyğun qiymətləndirdiyindən öz hərəkətlərinin nəticələrini tam dərk edə bilməyib.

Ekspertlər onun öz hərəkətlərini orta dərəcəli məhdudiyyətlə dərk etməsi nəticəsinə gəliblər. Bir qədər aydın olması üçün qeyd edim ki, Macarıstanın Cinayət Məcəlləsində bizim CM-in 22.1.-ci maddəsində olduğu kimi “anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs “ anlayışı olmaqla anoloji maddə də var. Bizim CM-in 22.2-ci maddəsində göstərilir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. Macarıstan CM-də isə bu daha konkretdir və orda maddənin sanksiyası daxilində yüngül cəzadan söhbət gedir. 


Bu isə o demək idi ki, hakim istəsə də Ramil Səfərova ömürlük həbs cəzası verə bilməyəcəkdi, görünür bu hakimi qane etmirdi. Beləliklə birinci və ikinci ekspertiza rəyləri arasında ziddiyyət yarandı . Hakim əvvəlcə ikinci ekspertizanın rəyini birinci rəyi vermiş ekspertlərə göndərdi. Onlar təbii ki, öz rəylərində qaldılar. Bundan sonra hər iki rəyi verən ekspertlər məhkəməyə dəvət edilib dindirildilər. Bu da yekdil nəticəyə gəlməyə imkan vermədi. Məhkəmənin hökmündə bir məqam diqqətimi xüsusi cəlb etdi. Hakim yazırdı: təqsirləndirilən şəxsin orduya “erməniləri öldürmək” məqsədilə getməsi barədə istintaqda verdiyi etiraf ifadəsinə zidd olaraq ikinci ekspertiza zamanı bunu “öz vətənini müdafiə etmək “ məqsədilə etməsii barədə dediklərinə ikinci ekspert tənqidi yanaşmayıb və bunu əsas götürüb. İkinci ekspert özünə əziyyət verib təqsirləndirilən şəxsdən nə üçün ona danışdıqları simptomlar barəsində ilkin ifadələrində göstərməməsinin, hətta bir sıra məqamlarda suallara birinci ekspertlərə verdiyi cavablara zidd cavablar verməsinin səbəblərini öyrənməyə çalışmayıb”. Hakimin qərəzli mövqeyi onun dindirmə zamanı ikinci ekspertə qarşı açıq-aşkar aqressiv davranışından da görünürdü. 


Dindirmədən sonra hakim üçüncü eksperiza təyin edilməsi barədə qərar verdi. Ekspertizanın keçirilməsi SOTE (Semelveys adına tibb univerditeti) ekspertləri psixiatr Margit Rabşteyn və psixoloq Margit Şooşa həvalə edildi. Bu ekspertlər faktiki olaraq ikinci ekspertizanın rəyini təsdiq etdilər. Əvvəlki ekspertiza rəyləri arasındakı ziddiyyəti isə tərcümənin yaratdığı və birinci ekspertizanın hadisədən dərhal sonra keçirildiyi üçün təqsirləndirilən şəxsin emosional gərginliyi ilə izah etdilər. Üçüncü ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxs hadisə baş verərkən psixikasında olan pozuntular nəticəsində etdiyi hərəkətlərin xarakterini və nəticəsini yüksək dərəcədə məhdudiyyətlə dərk etmişdir. Hadisənin və onun nəticələrinin orta deyil yüksək dərəcədə məhdudiyyətlə dərk edilməsi ikinci və üçüncü rəylər arasındaki yeganə fərq idi desək yanılmarıq. Təbii ki, bu rəy hakimi ümumiyyətlə qane etmədi və o, dördüncü ekspertiza keçirilməsi barədə qərar verdi.

IX YAZI

HAKIM ÜÇÜNCÜ CƏHDDƏ İSTƏDİYİNƏ NAİL OLDU

Dördüncü ekspertizanın keçirilməsi ekspertlər Ervin Nada və Qabor Kovaça həvalə edildi. Onlar 20 fevral 2006-cı ildə 021/2006 saylı ekspertiza rəyini məhkəməyə təqdim etdilər. Bu ekspertlər faktiki olaraq birinci ekspertizanın rəyini təsdiq etdilər. Nəticə belə idi ki, Ramil Səfərov cinayəti törədərkən və ondan sonra tam anlaqlı vəziyyətdə olub, posttravmatik stressdən əziyyət çəkməyib, hadisənin mahiyyətini və nəticələrini dərk etməsində heç bir məhdudiyyət olmayıb. Hakim nəhayət ki, istədiyi rəyi aldı.

Burda bir məqamı xüsusi vurğulamaq vacibdi. Ramil Səfərov son sözündə dedi ki, dördüncü ekspertin namizədliyini məhz birinci ekspert Katalin Qaal təqdim etdiyi üçün onun verdiyi rəy obyektiv ola bilməzdi. Bu inkarolunmaz fakt idi, hakimin ekspertin müdafiəsinə yönəlmiş arqumentləri isə absurd idi. Hakim dedi ki, müdafiə tərəfi bunu bilirdi, amma ekspertə etiraz etmədilər.

Hakimin Ramil Səfərovun rus dilini yaxşı bilməsi barədə arqumenti də gülüş doğurur. Hökmdə göstərilir: ” Şahid ifadələrinə görə təqsirləndirilən şəxs hər iki ermənini rus dilində söyürdü. Əgər o cinayəti törədərkən rus dilində söyə bilirdisə, demək ki, öz hərəkətləri barədə ifadələri də bu dildə verə bilərdi”. Yeri gəlmişkən, məhkəmədə iştirak etməyən iki şahidin ifadələrində dil barəsində dediklərini diqqətinizə çatdırım . İkinci azərbaycanlı zabit Anar Əliyev ifadəsində göstərib ki, hadisədən “təxminən beş gün əvvəl Ramillə mən ermənilərlə koridorda rastlaşdıq. Onların yanından keçdik. Bu vaxt Ramil mənə dedi ki, bizi söydülər. Mən ondan soruşdum ki, nə vaxtdan ermənicə bilir. O isə dedi ki, ermənicə bilmir, təkcə bu söyüşü bilir”.

İkinci erməni zabitin otaq yoldaşı Litvalı zabit, Paulius Saulius istintaqda verdiyi ifadəsində göstərmişdi ki, Ramil Səfərov qaldıqları otağın qapısını döyərkən azərbaycanca-? ( “ erməni oğlan , çıx bayıra” bağırırdı. Hər iki şahidin ifadəsi məhkəmədə elan edildi. Hakimin məntiqinə əsasən Ramil Səfərovu eyni qaydada erməni, Sauiliusu isə Azərbaycan dilində tərcüməçinin iştirakı ilə dindirmək olardı. Ümumiyyətlə, hakimin tərcümə məsələsinə özünə məxsus baxışı vardı. Məhkəmə iclasında onun dəvət etdiyi Azərbaycan dili tərçüməçisinin tərcümə xətalarına yol verməsi onun və türk dili tərcüməçisinin eyni mətni fərqli tərcümə etdiyi zaman məlum oldu. Səfərovun vəkili Peter Zalay tərcüməyə irad bildirdikdə hakim buna qəribə reaksiya verdi . Hakim Vaskuti Andraş vəkilə irad tutaraq: “cinayət mühakimə icraatının vəzifəsi relevant faktları, yəni həmin gecə səhərə yaxın nə baş verməsini araşdırmaqdır. Əgər burda qeyri-dəqiqlik olsa bunun əhəmiyyətli nəticələri ola bilər. Amma şahidin hansı xəstəlikdən əziyyət çəkməsi, ona hansı müalicə kursu təyin edilməsi, bu barədə məlumatı hansı nazirliyin verməsi cinayət məsuliyyəti baxımından heç bir əhəmiyyət daşımır “ dedi. Bu məntiqlə Ramil Səfərovun orduya getməsini düz tərcümə edəndən sonra orduya hansı məqsədlə getməsini səhv də tərcümə etmək olardı.Yaxud şübhəli şəxs kimi 19 fevral 2004-cü il tarixli dindirmə protokolunda Ramil Səfərovun iş yerinin RUSIYA MÜDAFIƏ NAZIRLIYI kimi göstərilməsi normal idi, nazirlik hər yerdə nazirlikdi. Qeyd edim ki, məhkəmə iclaslarının gedişində audio yazı tətbiq edilirdi. İclasdan bir neçə gün sonra iclas protokolları tərəflərə göndərilirdi. 
Məhkəmə iclas protokollarının, ekspertiza rəylərinin və işdə olan digər sənədlərin hamısının orijinalı və tərcümə olunmuş variantları məndə var. Hələki ekspertiza barəsində demək istədiklərim bunlardır.
Amma bu məsələdən danışanda azərbaycanlı ekspert-psixiatrların zəhmətini qeyd etməmək mümkün deyil. Onlardan biri professor Bilal Əsədov barəsində yazdım. İndi isə bu işdə zəhməti olan digər iki psixiatr akademik Ağabəy Sultanov(Allah ona rəhmət etsin) və professor Nadir İsmayılov barədə. Hər iki görkəmli alim Ramil Səfərov barəsində rəy verdilər və bu məhkəməyə təqdim edildi. Onlar həm də Budapeşt şəhərinə gedib ekspertizada müşahidəçi kimi iştirak etdilər.
Yəqin ki, oxuyanlarda Anar Əliyevin nə üçün məhkəmədə iştirak etməməsi sualı yarandı.

X YAZI

ANAR ƏLİYEV NİYƏ MƏHKƏMƏYƏ GEDƏ BİLMƏDİ

Onun Ramil Səfərovla birlikdə 2004-cü ilin yanvarında Macarıstanın paytaxtı Budapeştə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqrami çərçivəsində ingilis dili kursuna göndərildiyini Ramil Səfərov olayını izləyənlər bilir. Həmin proqramda iki erməni zabiti mərhum Qurgen Markaryan və Hayk Makuçyan iştirak edirdilər. Anar Əliyev yüksək, Ramil Səfərov orta, iki erməni isə ingilis dilini bilmək göstəricilərinə görə aşağı səviyyə qrupuna düşdülər. Kursantların hamısı Hərbi Akademiyanın yataqxanasında müxtəlif otaqlarda qalırdı, əvvəlcədən eyni ölkədən olanların müxtəlif otaqlarda qalacağı planlaşdırılmışdı. Anar Əliyev hadisə baş verən gün öz otağında hadisədən xəbərsiz olub, erməni zabiti öldürdükdən sonra Səfərov onun otağına gəlib hadisə barəsində xəbər verdi. Hadisədən dərhal sonra Anar Əliyev təşkilatçıların təşəbbüsü ilə kursu yarımçıq tərk edib geri qayıtdı. Hadisədən beş ay sonra Əliyev təlim zamanı paraşütlə vertolyotdan dənizə tullanarkən çox ağır xəsarət aldı, onun sağ qalması deyilənə görə möcüzə idi. Məhkəmə gedən müddətdə o, demək olar ki, hərəkətsiz idi. Mən Sumqayıta gedib onunla evlərində görüşdüm. Anarın məhkəməyə gəlməməsini erməni mətbuatı guya Azərbaycan tərəfinin onu gizlətməsi kimi qələmə versə də əslində biz onun məhkəmədə iştirak etməsində maraqlı idik. Müdafiə Nazirliyi onun xəstəliyi barədə rəsmi arayış da təqdim etdi. Məhkəmənin diqqətinə çatdırıldı ki, Anar Əliyev 2006-cı ilin may ayında məhkəmədə iştirak edə bilər. Məhkəmə isə apreldə öz işini yekunlaşdırdı.

İNDİ İSƏ MƏHKƏMƏDƏ İŞTİRAK EDƏNLƏR BARƏSİNDƏ

Qeyd etdiyim kimi məhkəmənin birinci iclasından başlayaraq səfirliyimizin əməkdaşları bütün məhkəmə prosesində iştirak etdilər. Ermənistanın Macarıstanda səfirliyi olmadığından məhkəməyə onların Avstriyadakı səfirliyinin nümayəndələri gəlirdi. Ermənistanlı vəkil Nazeli Vardanyan məhkəmədə zərərçəkənin nümayəndəsi qismində iştirak edirdi.

Zərərçəkmiş tərəfin macar vəkili də vardı. Məhkəmənin gedişini hər iki tərəfin, eyni zamanda da Macarıstan KİV-lərinin nümayəndələri işıqlandırırdı. Azərbaycan tərəfdən indi yoxluğu hiss edilən ANS televiziya kanalı xüsusi fərqlənirdi, hətta ANS-nin təsisçisi Vahid Mustafayev də məhkəməyə gəlirdi. Məhkəmənin gedişində bir neçə dəfə macar və bir dəfə erməni televiziyalarına müsahibə verdim. Mövqeyim belə idi ki, Ramil Səfərovun etdiyi əmələ Azərbaycan-Ermənistan müharibəsi kontekstində və xüsusən də Səfərovun şəxsiyyəti, onun hansı şəraitdə formalaşması prizmasından yanaşmaq lazımdı. 


Qayıdım məhkəmədə iştirak edənlərə. Bunlar adətən Macarıstanda təhsil alan azərbaycanlı tələbələr olurdu, açığı onların prosesə olan marağı məni çox sevindirirdi, bir neçə dəfə imkan tapıb onlarla görüşlər keçirib maraqlandıqları suallara cavab verməyə çalışmışdım. İndi yəqin ki, dünyanın müxtəlif ölkələrinə səpələniblər. Bir-ikisi ilə əlaqəm var, Pərvizi və dostum Raufun oğlu Çingizi nəzərdə tuturam. Yazılarımı izləyirlərsə, təəssüratlarını bölüşələr minnətdar olaram. Ümumiyyətlə, gördüyünüz kimi səhifəm hamı üçün açıqdı. Prosesdə iştirak edən adını çəkdiyim, bu və ya digər səbəbdən çəkmədiyim hər kəsdən yazdıqlarıma münasibət bildirməsini xahiş edirəm. Bu hamımıza lazımdı.

Məhkəmələrdə bu işlə əlaqədar olmayan səbəblərə görə yolu Budapeştə düşən və təsadüfən məhkəmə vaxtı orada olan vətəndaşlarımız da olurdu. Onlar həmyerlimizin çətin günündə məhkəməyə gəlib ona dəstək olmağı özlərinə borc bilirdilər. Belələrindən biri Qubad İbadoğlu idi. Yadıma gəlir ki, Qubad məhkəmə iclasındakı fasilədə Ramil Səfərovla şəkil də çəkdirə bildi. 


Yadımda varkən gördüklərimdən birini də xüsusi paylaşım. Məhkəmə iclaslarından birinə Azərbaycandan o vaxt bəzi əməllərinə görə gündəmdə olan “məşhur” jurnalist gəlmişdi. Son zamanlar onun KQB agenti olması barədə rəsmi sənədlər açıqlanıb. Onun adını bu yazıda çəkib şərəfləndirmək istəmirəm. Ağlınıza gələnlərin dairəsini daraltmaq üçün deyim ki, jurnalist qadın idi və həyatda deyil. O, məhkəmə zalında Azərbaycan bayrağına bürünüb rus, ingilis və qırıq Azərbaycan dilində bir neçə dəfə “Mən səni sevirəm, Ramil” qışqırdı. Onu məhkəməyə göndərənlərin və özünün məqsədi barədə mənə ancaq güman etmək qalır.

XI YAZI

MƏN NECƏ OPERATOR OLDUM

Bu yazını məhkəmə prosesində baş vermiş və yəqin ki, mənim qədər sizləri də təccübləndirəcək bir olayla başlamaq istəyirəm. Məhkəmə iclaslarından birində dövlət ittihamçısı Veronika Kışş sədrə müraciət etdi ki, zalda məhkəməni müşahidə edənlərdən kimlərsə fotolar çəkir. Onun fikrincə prosesdə yalnız jurnalistlər bunu edə bilər. Bundan sonra sədrlik edən zalda şəkil çəkən azərbaycanlıdan jurnalist vəsiqəsini tələb etdi. Həmin şəxs jurnalist olmasını lakin vəsiqəsini oteldə unutduğunu dedi. Sədrlik edən zalda olan jurnalistlərin vəsiqələrinə baxdıqdan sonra bildirdi ki, məhkəmə prosesində yalnız jurnalist vəsiqəsi olan şəxslər çəkiliş apara bilərlər. Yazdıqlarım məhkəmənin iclas protokolunda öz əksini tapıb. Yəqin ki, nə vaxtsa bizim məhkəmələr də jurnalistlər üçün bu şəraiti yaradacaqlar. 

Jurnalistlərdən söhbət düşmüşkən bir xatirəmi də paylaşım. Sonuncudan əvvəlki məhkəmə iclasında ANS-in təsisçisi Vahid Mustafayev iştirak edirdi. O, mənə dedi ki, Ramil Səfərovla müsahibə etmək istəyir, bu mümkündürmü? Vahidin xahişini Səfərovun vəkillərinə çatdırdım.Onlar hakimlə danışıb razılıq aldılar və həmin gün Mustafayev indi çoxlarınızın baxdığı müsahibəni etdi. Vahid Mustafayevin operatoru olmadığından həmin müsahibəni peşəkar kamera ilə mən çəkmişəm. Çəkilişdən qabaq Vahid mənə kameradan necə istifadə edəcəyimi başa saldı. Operatorluğum vəkilliyimə çatmasa da, məncə yazıçılığımdan pis alınmayıb.

DİDƏRGİN OMONÇUNUN ARZUSU

2006-cı ildəki məhkəmə proseslərində bir nəfər daim iştirak edirdi. Onun barəsində yazmağı özümə borc bilirəm. Həmyerlimiz olan bu şəxs məhkəmədən əvvəl mənə yaxınlaşıb özünü təqdim etdi. İdmançı bədən quruluşlu təxminən 35-40 yaşlı bu şəxsin danışdıqlarından məlum oldu ki, o vaxtı ilə macəra axtarışı ilə 20 yaşlarında Qazax OMONuna qoşulanlardan biri olub. 1995-ci ildə OMON hadisələrindən sonra Azərbaycanı tərk edib. 2003-cü ildə saxta pasportdan istifadə etdiyi üçün Budapeştdə həbs olunub. Ramil Səfərov həbs edilən vaxt onunla eyni həbsxanada, hətta eyni mərtəbədə imiş və Səfərova həbsinin ilk dönəmlərində əlindən gələn yardımı edib.

Ramil mənə onun dediklərini təsdiq etdi. Vətənindən didərgin düşən 08 dekabr 1973-cü il təvəllüdlü həmin OMON-çu 25 ildir ki, qaçaqdır. Respublika Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində onun barəsində 57-ci maddə ilə cinayət işi başlanaraq axtarışa verilib. Mən vətənə qayıtdıqdan sonra bir neçə dəfə ona kömək etməyə çalışsam da prokurorluqla olan gərgin münasibətlərim buna imkan vermədi. Adının çəkilməsini istəməyən həmin şəxs bu yazını oxuyandan sonra məni aradı və çox xahiş etdi ki, mümkündürsə yazıda onun vətənə qayıtmaq və yaşlı valıdeynləri ilə görüşmək arzusunu müvafiq qurumlara çatdırım. Adının çəkilməsini istəməməsinin iki səbəbi olmasını dedi, bir özünü reklam etmək istəmədiyi, iki bundan sonra hüquqmühafizə orqanlarımızın ona kömək etmək əvəzinə tutulmasından ötrü daha intensiv hərəkətə keçəcəyindən ehtiyatlandığı üçün. Mən onun arzusunu paylaşdım. Bilirəm ki, səhifəm hüquq-mühafizə orqanları tərəfindən daim izlənilir. Onların həmyerlimizin arzusunu gerçəkləşdirmək üçün əməli addımlar ataçağına ümidim var. 

XII YAZI

RAMIL SƏFƏROVLA SONUNCU GÖRÜŞÜMÜZ HEKAYƏNİN SONU

Nəhayət hamının səbirsizliklə və həyəcanla gözlədiyi gün gəldi. 13 aprel 2006-cı ildə Ramil Səfərov barəsində hökm oxundu. Hakimin oxuduqlarını mənə Anadolu ajansının Budapeştdəki təmsilçisi türk dilinə tərcümə edirdi. Nə cəza verildi sualıma adam mühebbet verdilər abi dedi . Mühebbet nədi soruşanda isə ömrünün sonuna kimi həbsxanada olacaq dedi. Vəziyyətimi təsəvvür edə bilərsiniz. Hakimin məhkəmə boyu davranışı bunun əksindən xəbər versə də mən həqiqətən son dəqiqəyə kimi Səfərova ömürlük həbs cəzası veriləcəyi fikrini yaxın qoymamağa çalışırdım. Bu bizim Ramil Səfərovla sonuncu görüşümüz oldu.


Bakıya qayıdanda məni növbəti sürpriz gözləyirdi. Ramilin atası iş yerimə gəlib üzrxahlıq etdi və ona vəkillikdən kənarlaşdırılmağımın məsləhət görüldüyünü dedi. Məsləhətli don gen olar və haqqımı halal edirəm deyərək həmin gündən sonra bu işdən uzaqlaşdım. Məndən imtinanın səbəbini başa düşmək üçün o dövrdəki fəaliyyətimə nəzər yetirsəniz kifayətdir. 2005-ci iin martında Hacı Məmmədov, iyulunda Zakir Nəsirov həbs edilmişdilər, bu işdə Zakir Nəsirovun və paralel olaraq oktyabr ayından dövlət çevrilişinə cəhd işində təqsirləndirilənlərdən adının çəkilməsini istəməyən birinin vəkili idim. 2006-cı ilin mayında Zakir Nəsirovun işi məhkəməyə getdi. Həmin işlərdəki prinsipial mövqeyim bəzilərinin xoşuna gəlmirdi. Maraqlıdır ki, o vaxt apardığım bütün işlərdə mənə qarşı təzyiqlər vardı, eyni zamanda müdafiə etdiyim şəxslərə də məndən imtina etmələri üçün təzyiqlər olurdu, bu proses müəyyən fasilələrlə bu günə kimi də davam edir. 2005-2006-cı ildə iki dəfə baş prokurorun birinci müavini, bir dəfə isə özü mənim VK-dan uzaqlaşdırılmağım üçün VK-ya təqdimatlar göndərdilər. Bu az qala mənim vəkillikdən uzaqlaşdırılmağımla nəticələnəcəkdi.


Şərhlərdə səslənən sualları ümumiləşdirib cavab olaraq deyim ki, mən bu müddət ərzində 11 dəfə , bundan 4 dəfəsini öz vəsaitim hesabına Budapeştə getmişəm və hər dəfə Ramil Səfərovla görüşmüşəm. 23 noyabr 2004-cü, 8 fevral,10 may,27 sentyabr, 15 dekabr 2005-ci və 7 mart, 4 aprel, 13 aprel 2006-cı illərdə məhkəmə iclaslarında iştirak etmişəm. Ramil Səfərovun həbsindən sonra pul yığılmasından məlumatım olsa da cəmi nə qədər pul yığılmasından və hara xərclənməsindən xəbərim yoxdur. Bu işlə bağlı Ramil Səfərovun ailəsindən və heç bir iş adamından pul istəməmişəm və almamışam, əslində pul verən də olmayıb. Verən olsa bəlkə də götürərdim. Bu işdə yardımçı olan insanlar çox olub, söhbət maddiyatdan getmir, hər birinə minnətdaram. 


Mən vəkillikdən uzaqlaşandan sonra məlum oldu ki, Ramil Səfərovun müdafiəsinə Azərbaycandan iki tanınmış vəkil qoşulub. Bunlardan biri Azərbaycan Vəkillər Kollegiyasının sədri rəhmətlik Azər Tağıyev, o biri isə VK-nın Rəyasət Heyətinin üzvü , hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan İkram Şirinov idi. Mənim üçün çox qəribə idi ki, İkram Şirinov az müddət öncə Rəyasət heyətində mənim vəkillikdən çıxarılmağım təklifini verəndə VK RH-nın 9 üzvündən 8-i lehinə səs vermişdi, bir nəfər əleyhinə səs verən isə Azər Tağıyev idi. ( Bu iclas barədə də nə vaxtsa yazacam). 


2007-ci il fevralın 22-də Budapeşt Apellyasiya Məhkəməsində Ramil Səfərovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Budapeşt məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxıldı və hökm dəyişdirilmədən saxlanıldı. Müdafiə tərəfi nəyə görəsə bu qərardan kassasiya şikayəti vermədi. Beləliklə, Səfərov 2012-ci ilin avqust ayına kimi həbsdə qaldı. 31 avqust 2012-ci ildə Səfərov Azərbaycana ekstradisiya olundu və həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edildi. Bu barədə fikirlərimi FB-də və KİV-lərdə ətraflı paylaşmışam. Kim istəsə tapa bilər. 


Sentyabrın 2-də mən gözaydınlığı vermək üçün Biləcəriyə onların evinə getdim. Mən gələndə Ramil və atası evdə deyildilər, tanıdığım başqa kimsə də yox idi.. Məlum oldu ki, Müdafiə Nazirliyinə gediblər. Bir qədər oturub oranı tərk etdim.


Arada özümə sual verirəm ki, zaman geri qayıtsa oxşar situasiyada yenə də eyni cür davranardımmı? Cavabım tərəddüd etmədən “HƏ” olur. MƏN hər nə edirəmsə özümə görə edirəm, etmişəm və bundan sonra da edəcəm. Bu işdə iştirak etmiş üç yəhudi barədə yazdıqlarımı bir daha oxumanız məsləhətdi, bəlkə nə vaxtsa hakim haralıdı sualı vermək ağıla da gəlməyəcək, didərgin vətəndaşlarımız vətənə dönəcək . Məndən bu qədər. Həyat prinsiplərim və peşə etikasının imkan verdiyi çərçivədə bu iş barədə xatirələrimi faktları təhrif etmədən paylaşdım. Qiymət vermək sizlikdi. Ola bilsin nə vaxtsa insanlar bir-birinin kitabını oxumağa başlayanda xatirələrimi kitab şəklinə salacam.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button