19 yaşlı hərbi qulluqçumuz həlak oldu - 24 saat xəbərlər
Now Reading:
19 yaşlı hərbi qulluqçumuz həlak oldu
Full Article 40 second read

19 yaşlı hərbi qulluqçumuz həlak oldu

hərbi qulluqçu Rüfət Rüstəmov

Hadisənin atəşkəsin pozulması nəticəsində baş verdiyi bildirilir

Fevralın 7-də, günün ikinci yarısında Füzuli istiqamətində atəşkəsin pozulması nəticəsində Azırbaycanın hərbi qulluqçusu Rüfət Bəxtiyar oğlu Rüstəmovun həlak olduğu bildirilir.

19 yaşlı Rüfət Rüstəmovun ailəsi Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayırlar. O, ötən ilin yanvarında hərbi xidmətə çağrılıb, Beyləqandakı N saylı hərbi hissədə xidmət edirmiş.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, bir neçə saat əvvəl hərbi hissədən Rüfət Rüstəmovun atasına zəng edərək hadisə barədə xəbər veriblər.

Əsgərin ölümü barədə Azərbaycanın Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb. Rəsmi qurumlardan hadisə ilə bağlı ətraflı xəbər almaq mümkün olmayıb.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin
Input your search keywords and press Enter.