2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

1995-ci ildə qadını öldürən şəxs bu gün edam olunacaq

2023-07-20 14:21:11

ABŞ-ın Oklahoma ştatında bu il ikinci ölüm hökmü icra ediləcək. 1995-ci ildə Tulsada 20 yaşlı Şaronda Uayt Klarkı qəssab bıçağı ilə qətlə yetirən 51 yaşlı Jemaine Cannon bu gün edam olunacaq. Kannonun edamı yerli vaxtla səhər saat 10-da Makalesterdəki Oklahoma ştatının cəzaçəkmə müəssisəsində ölümcül inyeksiya ilə həyata keçiriləcək.

1995-ci ildə Jemaine Cannon Oklahoma İslah Departamentinin iş mərkəzindən qaçaraq bir mənzildə birlikdə yaşadığı iki uşaq anası Şaronda Uayt Klarkı bıçaqlayaraq öldürdü.

Saytların yığılması Saytlarin yigilmasi

İdam cəzasına məhkum edilən Cannon dinləmələrində ona bıçaqla hücum etmək istəyən Klarkı özünü müdafiə məqsədi ilə öldürdüyünü iddia edib. 1990-cı ildə Cannon başqa 18 yaşlı qadını zorladığına və onu çəkic, dəmir və tosterlə döydüyünə görə 15 il həbs cəzasına məhkum edildi.

Oklahoma ştatında 2021-ci ildə ölümcül inyeksiya ilə ölüm hökmlərinin bərpasından bəri 8 nəfər edam edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button