Loading...
Loading...
Gündəm

“2 günə Qarabağda 33 nəfər ölüb, 200-dən çox yaralı var” – BMT

tank2Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya İdarəsi Dağlıq Qarabağ uğrunda son 2 gündə gedən döyüşlər haqda hesabat dərc edib.

“Qafqazinfo” Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, BMT aprelin 2-sindən Ermənistanın təxribatı nəticəsində başlanan atışmalarda azı 33 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlayıb. Təşkilat bildirir ki, ölənlərdən 30-u hərbçi, 3-ü isə mülki sakindir.

BMT qeyd edir ki, bu hesabat Azərbaycan Ermənistan tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Xatırladaq ki, Müdafiə Nazirliyi aprelin 2-də 12, bu gün isə 3 Azərbaycan vətəndaşının şəhid olduğu barədə açıqlama verib.

Gözdən qaçırmayın:  Rusların Xarkovun mərkəzini raketlə vurması kameraya düşüb - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun