2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

”2018-ci ildə Azərbaycanda inflyasiya 10,3 faiz olub”

Nemət Əliyev: ”Sadəlövh insanlar da rəsmi cəfəngiyyata inanmaz”

“Bahalaşmanın gerçək səviyyəsi ictimaiyyətdən gizlədilib. Əmtəə bazarının yarısından çoxunu təşkil edən idxal mallarının qiymətləri 2018-ci ildə 31 faiz artıb”.

Bunu iqtisadçı Nemət Əliyev deyib. O bildirib ki, ölkə üzrə azı 10,3 faiz inflyasiya olub. Rəsmi açıqlamalara görəsə ötən il cəmmi 2,3 faiz bahalaşma müşahidə edilib:

“Peşəkar mütəxəssisləri demirəm, heç sadəlövh insanlar da qiymətlərin meydan suladığı indiki zamanda bu rəsmi cəfəngiyyata inanmaz”.

Saytların yığılması Saytlarin yigilmasi

Nemət Əliyev Dövlət Gömrük Komitəsinin məlumat yayaraq ölkədə 2018-ci ilin 10 ayında 9,253 milyard dollarlıq, əvvəlki ilin 10 ayında isə 6,958 milyard dollarlıq mal idxal olunduğunu (orta aylıq əmək haqqına və sabit qiymətlərlə hesablanmış idxala dair 11 aylıq rəsmi göstəricilər tam açıqlanmadığına görə 10 aylıq dövrə istinad edirəm) bildirib.

İqtisadçı müqayisə edərək, deyib ki, faktiki qiymətlərlə hesablanmış idxal geridə qoyduğumuz ildə 2,295 milyard dollar (9,253-6,958=2,295) və ya 33 faiz artıb:

“Bununla yanaşı Dövlət Statistika Komitəsi də məlumat açıqlayaraq bildirib ki, sabit qiymətlərlə hesablanmış idxalın səviyyəsi bu dövrdə cəmi 1,9 faiz artıb. Bu 1,9 faizlik artım göstəricisi onu ifadə edir ki, idxalın səviyyəsi fiziki anlamda cəmi-cümlətanı 132 milyon dollar (6,958×1,9:100≈132) həcmində çoxalıb. Əgər bu sonuncu məbləği faktiki qiymətlərlə hesablanmış artım məbləğindən çıxsaq, 2,163 milyard dollar (2,295-0,132=2,163) qalar. Qalan bu hissə ötən ilin 10 ayında idxal olunan malların ümumi bahalaşma səviyyəsini göstərir. Deməli, ümumi əmtəə bazarının yarısından çoxunu təşkil edən xarici mallar 31 faiz (2,163:6,958∙100≈31%) bahalaşıb”.

Nemət Əliyev idxalda əmələ gələn bu bahalaşmanın ümumi istehlak bazarında qiymətlərə təsirini də dəyərləndirib.

O  bildirib ki, 2017-ci ildə ümumi istehlak bazarının 10 aylıq həcmi 35,865 milyard manat olub. 2018-ci ilin 10 ayında idxalda yaranan bahalaşma səviyyəsi bayaq dediyi kimi, 2,163 milyard dollar və ya Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manata çevirsək, 3,677 milyard manatdır:

“Məlum olur ki, idxal olunan mallar 2018-ci ildə ümumi istehlak bazarında 10,3 faizdən çox bahalaşma yaradıb (3,677:35,865×100%=10,3%). Bu sonuncu göstərici (10,3 faiz) yalnız idxal mallarının ilkin təsiri ilə daxili bazarlarda əmələ gələn bahalaşma səviyyəsini göstərir. Bir qayda olaraq, gömrük sərhədində əmələ gələn qiymətlər daxili bazarlarda daha da artır. Əgər bura yerli malların da bahalaşma təsirini əlavə etsək, o zaman 2018-ci ildə bahalaşmanın 10,3 faizdən çox olmasına şübhə yeri qalmır”.

N.Əliyev deyir ki, belə olan halda, ölkə üzrə 2,3 faiz bahalaşma olmasına dair yayılan rəsmi açıqlamaların nə dərəcədə qeyri-ciddi olması üzə çıxır. Rəsmi məlumatların təhlili açıq şəkildə göstərir ki, ölkədə ötən il minimum 10,3 faiz bahalaşma olub:

“Deməli, dövlət adına fəaliyyət göstərən bir komitə ictimaiyyətə rəsmi şəkildə saxta məlumat ötürüb. Bahalaşma, heç şübhəsiz, əhali gəlirlərinin real səviyyəsini aşağı salır. Əgər orta aylıq əmək haqqının nominal səviyyəsinin 2,8 faiz (rəsmi məlumat) artmasına inanmaq olarsa, onda bu göstəricinin real səviyyəsi azı 7,5 faiz (2,8-10,3=-7,5) aşağı düşmüşdür. Real göstəricilər düşübsə, deməli, həyat səviyyəsi də pisləşib. Odur ki, ötən il ölkədə əhalinin həyat səviyyəsi 7,5 faizdən çox pisləşib”.

Nemət Əliyev
Nemət Əliyev

24saat.org məqaləni Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button