2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

21 Starlink peyki orbitə göndərilib

2023-08-22 15:56:56

class=”mediyanet-inline-adv”>

Sahibkar iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX orbitə daha 21 Starlink peyki göndərib. İnternet peyklərini daşıyan Falcon-9 raketi yerli vaxtla saat 02.37-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından uğurla buraxılıb. Falcon-9-un təkrar istifadə edilə bilən ilk hissəsinin Sakit Okeanda “Of Course I Still Love You” adlı pilotsuz eniş platformasına enəcəyi açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, normal olaraq avqustun 17-də reallaşması gözlənilən buraxılışın ölkədə təsirli olan Hilari qasırğası səbəbiylə bu günə qədər təxirə salındığı öyrənilib.

Starlink peykləri dünyanın müxtəlif yerlərində internetə çıxışda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti göstərmək üçün istifadə olunur. Kosmik nəqliyyat şirkəti SpaceX, Starlink-dən başqa, Falcon 9, Falcon Heavy, Dragon Cargo və Starship kimi kosmik missiya vasitələrinə malikdir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button