Loading...
Loading...
Gündəm

3 hərbçini öldürməkdə şübhəli bilinən əsgər saxlanılıb

3 hərbçini öldürməkdə şübhəli bilinən əsgər saxlanılıb

İstintaqın aparılması Hərbi Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib

3 hərbçini öldürməkdə şübhəli bilinən kiçik çavuş Elxan Əvəzlinin saxlanıldığı bildirilir.

Hadisə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində baş verib.

Respublika Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Elxan Əvəzli yanvarın 3-də saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq  şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir”,- məlumatda deyilir.

Dünən Dövlət Sərhəd Xidməti müddətdən artıq həqiqi hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin naməlum səbəbdən baş leytenant Yusif İsmayılovu, kiçik gizirlər Amil Cəlilzadəni və Rəfail İbrahimovu qətlə yetirdiyi haqda məlumat yayıb. 

Onun hadisə yerindən qaçdığı qeyd edilmişdi.(Meydan TV)

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button