2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

3 hüquq müdafiə təşkilatı “Mənim səsim” monitorinq koalisiyasını təsis edib

Bakı/30.12.23/Turan: Azərbaycanın üç hüquq müdafiə təşkilatı 7 fevral növbədənkənar prezident seçkilərinin monitorinqi üçün koalisiya yaratdıqlarını elan ediblər. “Mənim səsim” koalisiyası Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfəroğlu, Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı tərəfindən təsis edilib. 

Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər komandamız fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək, bu barədə təsisçilərin yaydığı press-relizdə deyilir.

“Biz əvvəllər də seçkilərin monitorinqində iştirak etmişik. Bundan başqa, fəaliyyət göstərdiyimiz uzun illər ərzində ölkənin regionlarında çox sayda layihə həyata keçirmişik və indi tərəfdaşımız olan fəalları koalisiyada əməkdaşlığa dəvət etmişik. Ölkənin ərazi bütövlüyü tam bərpa edildikdən sonra bütün Azərbaycan ərazisində keçiriləcək sekilərdə vətəndaş cəmiyyətinin iştirakını fəallaşdırmaq istəyirik”, deyə koalisiyanın həmtəsisçisi Səidə Qocamanlı Turan Agentliyinə bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Koalisiya seçkilərin bütün mərhələlərinin monitorinqini aparacaq, aralıq hesabat, seçki gününün yekunlarına dair hesabat və yekun hesabat hazırlayacaq.

Koalisiyanın təssçiləri Azərbaycan hüquq müdafiə təşkilatlarının monitorinq qrupuna da daxildir. 06D

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button