- Yanğın
Milli KİV-in məlumatına görə, Hnan əyalətinin Anyanq şəhərindəki fabrikdə gecə saatlarında başlayan yanğını söndürmək 3,5 saat çəkib.
Yanğın zamanı 36 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü bildirilib.
Səbəbi hələ müəyyən edilməmiş yanğınla bağlı araşdırmalar davam edərkən bəzi şübhəlilərin saxlanıldığı qeyd edilib.
Çində infrastrukturun köhnəlməsi və ya əməyin mühafizəsi tədbirlərinin qeyri-kafi olması səbəbindən istehsal və anbar obyektlərində zaman zaman insan tələfatına səbəb olan yanğınlar baş verir.
İyun ayında Çinin Sinopec neft-kimya şirkətinin Şanxaydakı fabrikində baş verən yanğında bir nəfər ölüb.
2019-cu ildə Jiangsu əyalətinin Yançinq şəhərində kimya fabrikində baş verən partlayışda 78 nəfər həlak olmuş, fabrikin ətrafındakı evlərə ciddi ziyan dəymişdi.
2015-ci ildə Tienjin limanında kimyəvi maddələrin saxlandığı anbarlarda baş verən partlayışda 173 nəfər həyatını itirmişdi.
(AA)
Tərcümə“24 SAAT”