35 mln. manatlıq yığılmış zərəri olan “Unibank” səhmdarları “mənfəəti bölüşmək” istəyirlər
![35 mln. manatlıq yığılmış zərəri olan “Unibank” səhmdarları “mənfəəti bölüşmək” istəyir](https://www.az24saat.org/wp-content/uploads/2023/05/35-mln-manatliq-yigilmis-zərəri-olan-Unibank-səhmdarlari-mənfəəti-bolusmək-780x470.jpg)
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək.
Banker.azca xəbər verir ki, bu barədə İdarə Heyəti məlumat yayıb. Yığıncaq 22 iyun 2023-cü il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
“Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər”- deyə, elanda bildirilir.
Bank 2022-ci il üzrə hesabatda 557 min manatlıq xalis mənfəət etdiyini açıqlasa da, 1 yanvar 2023-cü il tarixinə balansında illərin 35.04 mln. manatlıq yığılmış zərəri var. Söhbət burada kənar audit edilmiş hesabat deyil, bankın aslı tərəfindən aparılan hesabatdan gedir.
Xatırladaq ki, “Unibank KB” ASC-nin 149.39 mln. nizamnamə kapitalı var. Səhmlərinin 87.0%-i Eldar Qəribov, 7.1%-i “Canley Fınance SA” təşkilatı, 2.8%-i Güvenli Quliyev, 2.4%-i Zemfira Cəfərova və digər 4 yerli fiziki şəxs, 0.4%-i Tsagkamilis Georgios və 0.3%-i Faiq Hüseynova məxsusdur.