2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
hadisə

44 günlük müharibə dövründə ölən 86 erməni əsgərinin meyiti hələ də morqdadır

44 günlük müharibə bitsə də, Ermənistan morqlarında həlak olan hərbçilərin qalıqları hələ də “baş ağrısı” olaraq qalmaqdadır. 
Hələ 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşmüş şəxslərlə bağlı danışarkən “Hazırda əlimizdə 100 yaxın şəxsiyyəti müəyyənləşdirilmiş meyit var, onların bir hissəsi qohumları tərəfindən də müəyyənləşdirilib. Lakin qohumlar nədənsə həmin faktı qəbul etməkdən imtina edirlər, bu başa düşüləndir. Bir çox həlak olanların yaxınları hələ də onların sağ olduğuna inanır” demişdi.
Paşinyan həmçinin qeyd edib ki, daxili DNT analizinə etibar etməyən və öz vəsaiti hesabına xaricdə DNT testini təşkil edən ailələr də var.
Məlumatlara görə, bu günə qədər Metsamor və Heratsu morqlarında hələ də 86-ya yaxın əsgərin qalıqları saxlanılır. Qohumlar onların övladları olduqlarını qəbul etmirlər. Yəni müharibədən təxminən iki il keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, hətta bir çox əsgərin basdırıldığı kütləvi məzarlığın yaradılması işlərid də dayandırılıb.
Həlak olan və hələ də dəfn olunmayan əsgərlərin yaxınların isə hökümətdən övladları ilə bağlı tam sübut olunmuş faktları tələb edir. Demək olar ki, valideynlər ölkədə hər gün hökümət evi və Müdafiə Nazirliyi qarşısında övladlarının taleyi ilə bağlı aksiya keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button