Loading...
Loading...
Xəbərlər

”5 min tiraj üçün radikal qəzet çıxarmaq lazımdır”

Asəf Rzayev: “Təkcə abunə ilə qəzeti gündəmdə saxlamaq da yolverilməzdir”

5 min tiraj üçün radikal qəzet çıxarmaq lazımdır. Bu qədər oxucu kütləsini formalaşdırmaq üçün tənqidi materalların sayını artırmaq, müxalif mövqeli şəxslərdən müsahibələr vermək, kəskin analitik yazılar dərc etmək lazım gələcəkdi. Bu mənada, biz mövcud durumu və Azərbaycan reallığını nəzərə alaraq bu istiqaməti seçmədik”. 24saat.org xəbər verir ki, bunu   “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev deyib. 

KİVDF-nin qəzetlərin maliyyələşirilməsi ilə bağlı yeni şərtlər elan etməsindən sonra bir neçə qəzet fəaliyyətini dayandırıb. Bu qəzetlərdən biri də “Unikal”dır.  

A.Rzayev bildirib ki, KİVDF-nin yeni şərtləri ilə fəaliyyət göstərmək mümkün idi, lakin müəyyən məsələlər nəzərə alınandan sonra belə qərar qəbul edilib:

“Onu qeyd edim ki, “Unikal” qəzetinin yeni şərtlərlə, yəni 5 min tiraj çap olunmaq, ən azı 2 min tiraj satılmaq imkanı var idi. Lakin bunun üçün gərək fərqli üslub seçərdik”.

Baş redaktor vurğulayır ki, təkcə abunə ilə qəzeti gündəmdə saxlamaq da yolverilməzdir. “Çünki abunəsi çox olmaq, ictimai rəyə təsir etmək demək deyil. Bu səbədən də abunə hesabına qəzet çıxarmağı da məqsədəuyğun saymıram.

Amma “Unikal” qezetinin yaşamasını da istəyirik, təbii ki, unikal.org xəbər portalı fəaliyyətini davam etdirir və kifayət qədər oxucu auditoriyası var. Bu səbəbdən də qərarımız odur ki, yaxın günlərdə qəzeti həftəlik də olsa nəşr etdirək. Yəqin ki, bununla bağlı qərarımızı da verəcəyik”.

Xatırlatma

Qeyd edək ki, KİVDF-nin yeni şərtlərinə əsasən, KİV-ə maliyyə yardımı müsabiqəsində

  • son 3 ildə müntəzəm gündəlik nəşr olunan,
  • müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda),
  • tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

Həmçinin xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Yanvarın 31-də bununla bağlı qərar qəbul edildikdən sonra, bir neçə qəzet rəhbəri – “Bizim Yol”, “Unikal”, “Reytinq” qəzetlərininbaş redaktiru çap versiyasından imtina etmələri barədə açıqlama veriblər.

KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən ay bu nəşrlərdən “Ekspress” qəzeti də çap fəaliyyətini dayandırıb.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin
Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button