2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Dollar yaya qədər dollar bahalaşmayacaq” – Ekspert

Əksər ekspertlərin fikrincə, FES-in iyunda faizlər qaldırması gözlənilir, çünki…

Bir müddət əvvəl ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında faiz dərəcələrinin əvvəlki səviyyədə saxlanılması ekspertlər tərəfindən müxtəlif aspektlərdən qiymətləndirilir. Həmin qərarda faiz dərəcələri artırılmayıb. Bir çox ekspertlər bildirirlər ki, qərar həqiqət gözlənilən idi, çünki martın ortalarında keçirilmiş iclasda bəyan edilmişdi ki, hələlik faiz dərəcələrin qaldırılması üçün makroiqtisadi əsaslar lazımi səviyyədə güclü deyil.

Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində FES-in qərarından sonra dünya bazarında dolların məzənnəsində dəyişikliklər müşahidə olunub: “Nəzərə alaq ki, FES-in son qərarı praktik olaraq valyuta bazarına təsir göstərir, təsirlər müşahidə edilməkdədir. Təbii ki, FES-in qərarları dolların avroya və eləcə də digər valyutalara nisbətən məzənnəsində azalmasına gətirib çıxarır. Praktik olaraq biz FES-in uçot dərəcəsini artırmaması ilə bağlı qərardan sonra avroya nisbətən məzənnəsində azalmalar müşahidə edirik. Son bir həftədə dolların avroya nisbətən məzənnəsində azalmalar var. Əgər bir həftə əvvəl 1 avro almaq üçün 1 dollar 12 sent ödəmək lazım idisə, indi 1 avro almaq üçün 1 dollar 15 sent ödəmək lazımdır. Bu da avronun möhkəmlənməsindən xəbər verir. Dolların kəskin möhkəmlənməsinin qarşısı alınır. Çünki bu gün ABŞ-ın məşğulluqla bağlı göstəriciləri proqnozlaşdırılan səviyyədə deyil. Amma ABŞ-da iqtisadi göstəricilər praktik olaraq dolların məzənnəsinin möhkəmlənməsi üçün zəmin yaradır. Əgər FES uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edəcəkdisə, o zaman təbii ki, bu, birbaşa dolların digər valyutalara nisbətən məzənnəsinin kəskin möhkəmlənməsinə gətirib çıxara bilər. FES buna imkan vermədi. Xüsusən bu bahalaşma dünya bazarında bir sıra məhsulların qiymətinin möhkəmlənməsinə də təsir göstərə bilər. Yəni dollarla bağlı dəyişmə bu məhsulların da qiymətinni ucuzlaşmasına gətirib çıxara bilər. Bunu dolların möhkəmlənməsinin qarşısının alınması üçün atılan addım kimi qiymətləndirmək lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

APA-nın təhlilinə görə isə artımın ilin ortasından tez baş verməyəcəyi gözləniləndir: “Faiz dərəcələri bu il ərzində iki dəfə qaldırılacaq, amma ilk dərəcə artımının ilin ortasından tez baş verməyəcəyi gözlənilirdi. İndiki iclasın yekunun rəsmi məlumatında əvvəlki iclasının yekun sənədi bir çox məqamlarda təkrarlanır. Qısaca olaraq bildirilir ki, əmək bazarının göstəricilərin yaxşılaşması davam etməkdədir, ev təsərrüfatların gəlirləri artır, mənzil sahəsində vəziyyət müsbət qiymətləndirilir, amma bunun fonunda ev təsərrüfatların xərclərin artımı bir qədər azalıb, korporativ investisiyalar və ixrac üzrə dinamika zəif olub və nəhayət inflyasiya hələ də hədəf göstəricisi olan 2 faizdən aşağıdır. FES gözləyir ki, pul-kredit siyasətinin indiki göstəriciləri ilə makroiqtisadi vəziyyətin tədricən daha da yaxşılaşması baş verəcək ki, sonrakı korreksiyalar gücləndirici amil rolunu oynayacaq”.

İclasdan sonra bazarlarda baş verənlər onu sübut edir ki, bazar iştirakçıları məhz həmin qərarı gözləyib və faiz dərəcələrin qaldırılmaması ABŞ-ı izləyənlər üçün yalnız müsbət təsir edib. Belə ki, iclas aprelin 27-də keçirilib və ondan sonrakı günlərdə ABŞ-ın əsas fond indeksləri olan DOW JONES 1,5 faiz, S&P 500 1,5 faiz enib. Müvafiq olaraq, dolların məzənnəsi bütün istiqamətlərdə enib: avro dollara qarşı ötən həftənin son iki günü ərzində 1,15 faiz bahalaşıb, dollar İsveçrə frankına qarşı 1,15 faiz ucuzlaşıb, ingilis funtu dollara qarşı 0,5 faiz bahalaşıb: “Aydındır ki, FES-in qərarının digər güclü valyutalara müsbət təsiri var”.

Bildirilir ki, dekabrın 17-də faizlərin qaldırılması barədə FES-in qərarından sonra dollar müəyyən dərəcədə möhkəmlənib, sonra müxtəlif amillər nəticəsində avro-dollar cütlüyünün dəyişkənliyi müşahidə olunub. FES-in martın ilk dekadasında gözlənilən növbəti iclası ilə bağlı müxtəlif proqnozlar verilirdi. Martın 15-16-da faizlərin qaldırılmaması barədə qərar qəbul edildikdən sonra avronun kəskin bahalaşması başlayıb ki, məzənnə qısa müddət ərzində 1,1-dən indiki 1,13-1,14 səviyyəsinə qalxıb. İclasdan sonra məzənnə sabit olaraq qalırdı və apreldə keçirilən iclası ərəfəsində artıq əvvəlki ajiotaj müşahidə olunmamışdı. Buna səbəb o olub ki, mart iclasından sonra məlum olub ki, faizlər yaxın bir-iki ay ərzində qaldırılmayacaq. Apreldəki iclas bunu yalnız təsdiq edib və məzənnədə nəzərə çarpan dərəcədə dəyişiklik baş verməyib. Amma ümumi halda etiraf etmək lazımdır ki, FES-in faiz dərəcələrini artırmaması dollara endirici təsir edir. Bu isə ABŞ-dan başqa ölkələr üçün müsbət haldır. Faktiki olaraq, inkişafda olan ölkələr üçün, xüsusən də xammalın ixracından asılı olan ölkələr üçün, xüsusən də milli valyutaları üzən məzənnəyə çəkmiş ölkələr üçün FES-in pul-kredit siyasətinin sərtləşdirməməsi sərf edir. Çünki bunun nəticəsində dollar ya sabit qalır, ya ucuzlaşır. Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini FES-in qərarları, ABŞ-ın pul-kredit siyasəti ilə əlaqələndirməsinə əleyhinə çıxır. AMB-nin fikrincə, manat-dollar cütlüyü ölkə daxilindəki vəziyyətindən, o cümlədən dollara təklif-tələbat tarazlığından asılıdır. Haqlı mövqedir, lakin hər halda təsiri tam olaraq inkar etmək düz deyil, çünki dolların dünyada möhkəmlənməsi, məsələn, dolayı yolla ixraca təsir edir ki, bu da ölkə daxilində valyuta təklifini azaldır. Azərbaycanın timsalında bunu neft ixracı sahəsinə aid etmək olar. Dolların zəiflənməsi neftin mütənasib bahalaşmasına səbəb olur ki, bu da Azərbaycana daxil olan dollar kütləsini artırır. Nəticədə, ölkə daxilində dolların məzənnəsi enir. Oxşar vəziyyət Rusiyada da müşahidə olunur və orada FES-in iclaslarını daha böyük diqqətlə izləyirlər. Nəticədə faiz dərəcələrin qaldırıb-qaldırılmaması rublun məzənnəsinə dərhal təsir edir. Manata bu cür təsirin olması elə də ağıllı variant kimi görünmür.

Bildirilir ki, FES-in qərarı ilə neftin bahalaşması da üst-üstə düşüb, amma bu amilləri biri-birinə sıx bağlamaq düz olmaz. Belə ki, iclasdan sonra, yəni aprelin 27-28-də neft bahalaşıb, amma bu bahalaşma dolların ucuzlaşması səviyyəsinə uyğun olub, “Brent” markalı nefti üzrə təxminən 2 faiz təşkil edib. Lakin neftin bahalaşması bundan daha əvvəl, aprelin 5-də başlayıb. Həmin vaxt “Brent” markalı neftin qiyməti 37,9 dollara bərabər olub, indi isə 46-47 dollar təşkil edir. Beləliklə, üç həftə ərzində neft 27 faiz bahalaşıb. Lakin bunu başqa amillərlə əlaqələndirmək daha məqsədəuyğun olardı. Məsələn, “Bloomberg” agentliyinin fikrincə, neftin apreldəki bahalaşması dünyanın müxtəlif nöqtələrində neft infrastrukturuna silahlı hücumlarla bağlıdır. O cümlədən, Bloomberg burada Kolumbiyanı, Liviyanı və Nigeriyanı qeyd edir ki, burada hərbi qarşıdurmalar nəticəsində faktiki olaraq bazara neft təklifi sutkada 800 min barel azaldıb. Nəticədə, bu azalma neftin bahalaşmasına gətirib çıxarıb.

Neftin bahalaşmasına müəyyən dəstəyi həmçinin dolların ucuzlaşması edib. Bu ucuzlaşma artıq obyektiv reallığa çevrilib, yəni FES-in pul-kredit siyasətinin yumşaq səviyyədə saxlanması dolların bahalaşmamasına səbəb olub. FES-in növbəti iclası iyunun 14-15-də nəzərdə tutulur. İndidən hər hansı proqnoz vermək çətindir, amma FES-in əvvəlki planları, yəni bu il ərzində faizləri iki dəfə qaldırılması məsələsi hələ də qüvvədədir ki, nəticədə gözləmək olar ki, iyunda faizlər qaldırılacaq. Amma o vaxta qədər dolların bahalaşması üçün obyektiv əsaslar yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button