Loading...
Loading...
24 saat

7 oktyabr mitinqinə qarşı düşük təxribat FOTOFAKT

Hakimiyyətin “əldəqayırma” böhtanına İlham Əliyev terroçuyla çəkilmiş fotosu ilə cavab verdi

Əvvəlcə, iki adın təqdimatın etməliyik. İlqar Hüseynov və “Trend”. “Trend”guya informasiya agentliyi, İlqar Hüseynov isə guya onun rəhbəridir. Ona görə guya ki, “Trend” və onun kimilərin fəaliyyəti daha çox dezinformasiyanın yayılmasına, bir də hakimiyyətin korrpusiya layihələrinə vasitə olmaqdan başqa bir şey deyil. Hər halda heç bir diqqətli oxucu bu çağadək “Trend”in vətəndaşların həyatına əhəmiyyətli dərəcədə təsir edən məsələlər barədə yazdığına, xəbər hazırladığına şahid olmayıb. Bu nə oxucular üçün bir dərddir, nə də agentliyin gerçək sahibləri üçün. Onların məqsədi əvvəl göstərdiyimiz kimi ictimaiyyətin dərdinə qalmaq deyil, əksinə insanları dezinformasiya ilə çaşdırmaq, avtoritar rejimin ədalətsiz, qanunsuz əməllərinə müxtəlif don biçməkdir.

İlqar Hüseynov kimdir? Rəsmi bioqrafsiyasında o “KQB” əməkdaşı olduğun heç gizlətmir də. “KQB” məktəbindən bu şəxsin nə öyrəndiyini dəqiq demək olmasa da, onu və agentliyini Eldar Mahmudovun layiqli müdavimi saymaq olar. Bildiyimiz kimi, bu məktəbin səciyyəvi cəhəti dövlətçilik, hüquq maskası taxıb, əməldə dövləti, vətəndaşları talmaq, şərləməkdir.

İlqar Hüseynov haqqında məlumat

Ümid etmək olardı ki, Eldar Mahmudovun başına gələnlərdən sonra “Trend” heç bir peşə etikasına sığmayan böhtan, şər kampaniyalarına son qoyacaq, gec də olsa, həqiqi jurnalistika fəaliyyəti ilə məşğul olacaq. Ancaq yox, belə görünür ki, ya gözü çıxan qardaşdan ibrət almaq istəyirlər, ya da Eldar Mahmudovun ləyqaətsiz şərləmə medodları bunlar üçün “könüldən ayrılmayan can” kimidir. Belə olmasaydı, Milli Şuranın 7 oktyabr mitinqindən bir gün əvvəl ağ və primitiv bir təxribatı necə düzəldib yaya bilərdilər?

Söhbət nədən gedir?

“Trend” bu gün materal yayıb ki, sabahkı mitinqdə Milli Şura MTN-nin həbs etdiyi Eldəniz Məmmədov adlı şəxsə də azadlıq istəyəcək. Eldəniz Məmmədov İŞİD sıralarında vuruşub, agentlik ona aid etdiyi bir videonu da paylaşıb.

Yaxşı, bəs “agentlik” nəyə əsasən bu şəxsin Milli Şura tərəfindən müdafiə olunduğun deyir?

Bunların süubutu sözün məcazi və həqiqi mənasında əldəqayırmadı. Bu şəxslər özləri bəsit fotoşop əməliyyatı ilə bir poster hazırlayıb və orda yazıblar ki, Milli Şura mitinqdə Hacı Tale, Mövsüm Səmədov və başqaları ilə yanaşı Eldəniz Məmmədovun da azadlığını tələb edəcək. Guya həmin posteri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının facebook səhifəsi paylaşıb.

Əldəqayırma poster

Həqiqətsə bundan ibarətdir ki, belə bir şəxs nəinki Milli Şura tərəfindən müdafiə edilməyib, onun adı bu vaxta qədər MŞ-nın heç bir sənədində keçmir, heç bir MŞ üzvünün çıxışlarında hallanmayıb.. Eləcə də nə AXCP, nə də Milli Şura funksionerlərinin səhifələrində o “əldəqayırma” poster paylaşılmayıb. Bu şəxsin adı heç bir siyasi məhbus siyahısında da yoxdur. Ağ yalan. Amma çox da bəsit yalan. Ömürü nəinki 40 gün 40 dəqiqə çəkməyən yalan. İlqar Hüseynovgil bu təxribatla bir daha sübut edir ki, onların məşğul ola biləcəyi iş “xaç ataları” Mahmudov, Çovdarov kimi pomidor becərmək (həənd onların zəhmət yolu ilə tərəvəz becərməsi möcüzə olardı) və “8 km bazarı”na çıxarmaq olar.

Həqiqi poster

Nəhayət, siyasi mübarizə dünyanın əksər ölkələrində öz dramatik cəhətləri ilə seçilir. Kəskin polemikalar, rəqiblərin sərt formada ifşası siyasət üçün normal sayılır. Lakin bu mübarizədə gərək müəyyən etik sərhədlər qorunsun. Bu sərhədlər böhtanı, şərləməni də əhatə edir.

İnsaf naminə, Azərbaycan müxalifəti bu prinsipə daima öz opponentlərindən daha intizamli formada əməl edib və etməkdədir. Məsələn, ötən ilin elə bu vaxtları İŞİD sıralarında döyüşən Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev öldürüldü. Çamsulvarayevin elə həmin vaxt İlham Əliyevlə çox məhrəmyana fotoları da yayıldı. Amma buna görə rəqiblərindən heç kim demədi ki, İlham Əliyev terroçu ilə yaxın imiş və s.

Çamsulvaray və İlham Əliyev

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button