2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

70 illik yubileyində kim tamaşa qoydu! Bir tərəfdə Rusiya, digər tərəfdə Çin

2023-07-28 08:00:40

class=”mediyanet-inline-adv”>

Kim Çen In 1950-53-cü illərdə Koreya müharibəsini dayandıran atəşkəsin 70-ci ildönümündə iki yaxın müttəfiqi Çin və Rusiyanın nümayəndə heyətlərini qəbul edib. Bu, COVID-19 epidemiyasından sonra xarici nümayəndə heyətinin Pxenyana səfər etdiyi ilk tədbir idi. Çox sərt pandemiya məhdudiyyəti tətbiq edən Şimali Koreya administrasiyası 2020-ci ilin əvvəlindən xaricdən, o cümlədən öz vətəndaşlarının gəlməsinə icazə verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

PUTİN MƏKTUB GÖNDƏRDİ

Tədbirlərdə iştirak edən Çin nümayəndə heyətinə orta səviyyəli məmur və Kommunist Partiyasının siyasi büro üzvü Li Honçjonq başçılıq edirdi, Rusiyanı isə daha mühüm ad – müdafiə naziri Sergey Şoyqu təmsil edirdi. Kim ilə təkbətək görüşən Şoyqu Rusiya prezidenti Vladimir Putinin imzaladığı “xoşməramlı mesajlar”la dolu məktubu ev sahibi liderə çatdırıb. Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA bildirib ki, görüşdə müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub. Bu görüşdən sonra Kim qonaqlarına silah sərgisini gəzdirdi. Kimin öyündüyü silahlar arasında “Şimali Koreya daxilində işlənib hazırlanmış və istehsal edilmiş” qabaqcıl Hwasong-17 və Hwasong-18 qitələrarası ballistik raketləri də var.

class=”mediyanet-inline-adv”>

İLK DƏFƏ DONLAR GÖRÜNÜB

Digər tərəfdən, həqiqətən diqqəti cəlb edən daha əvvəl ictimaiyyətə açıqlanmayan silahlı pilotsuz uçuş aparatları (PUA) idi. KCNA tərəfindən paylaşılan fotolarda nazir Şoyqu və prezident Kim Pxenyanın ən yeni PUA-larının qarşısında görüntülənib. Rusiyanın Ukrayna müharibəsində İran istehsalı kamikadze pilotsuz təyyarələrdən istifadə etdiyi bir mühitdə Koreya istehsalı olan PUA-ların ilk dəfə görülməsi diqqət çəkib. Ekspertlər bu silahların Rusiya tərəfindən Ukraynada istifadə oluna biləcəyinə diqqət çəkiblər. Cənubi Koreya ordusu da silahları tədqiq etdiklərini və təqdim olunan fotolardan istifadə edərək imkanlarını təhlil etməyə çalışdıqlarını bildirib. Bundan əvvəl ABŞ administrasiyası Şimali Koreyanı Rusiyaya silah verməkdə ittiham edirdi. Pxenyan həmişə bu iddiaları təkzib edib.

Kim Çen In yeni dronlarını Rusiyanın müdafiə naziri Şoyquya təqdim edib.class=”mediyanet-inline-adv”>

MƏLUMAT QEYD: Koreya yarımadasındakı münaqişələr 27 iyul 1953-cü ildə imzalanan atəşkəslə dayandırıldı. Ancaq heç vaxt sülh müqaviləsi imzalanmadı, yəni müharibə vəziyyəti texniki olaraq hələ də davam edir. Yenə də bu tarix Pxenyan tərəfindən Qələbə Günü kimi qeyd olunur.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button