2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda maskalı şəxslər evə basqın ediblər – VİDEO

Samuxda maskalı şəxslər evə basqın ediblər.

24saat.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə Samux rayonunun Qarayeri qəsəbəsində Roza Əsgərovaya məxsus fərdi yaşayış evində baş verib.

Quldurlar 84 yaşlı qadının evdə tək olduğunu düşünərək üzlərinə maska keçirib, əməliyyata başlayıblar. Hava qaraldıqdan sonra evə daxil olanların düşündükləri plana uyğun getməyib. Evdə ahıl qadınla yanaşı başqa bir qadının olması maskalı şəxslərin istəklərini müəyyən qədər pozub.

Saytların yığılması Saytlarin yigilmasi

Maskalı şəxslər əvvəlcə Roza Əsgərovanın, daha sonra isə anasının evinə qonaq gələn Gəncə sakini Rəna Zeynalovanın əl-qolunu bağlayıblar. Daha sonra qadınları bıçaqla hədələyərək onlardan pul tələb ediblər. Evdə bir xeyli axtarış aparan çağırılmayan qonaqlar oradan ümumilikdə 100 manata yaxın nağd pul və 300 manat dəyərində qızıl sırğanı qənimət kimi əldə edə biliblər. Bundan sonra evi tərk ediblər. Bir müddət əlləri-ağızları bağlı qalan qadınların köməyinə isə qonşular çatıb.

Hadisə ilə bağlı Samux rayon polis şöbəsinə məlumat verilib. Hələlik maskalı şəxslərin kimliyi müəyyən edilməyib. Polis bu istiqamətdə əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button