2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Frank Şvabe Anar Məmmədlinin həbsindən sonra Azərbaycanın AŞPA-ya qayıtmasını qeyri-mümkün hesab edir

Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Şvabe Bakıda hüquq müdafiəçisi Anar Məmmədlinin həbsini kəskin şəkildə pisləyib. 

“Azərbaycanın nə indi, nə yanvarda Parlament Assambleyasına qayıtmağa yolu yoxdur”, deyə o, X platformasında öz hesabında yazıb.

Xatırladaq ki, Şvabe ölkə vətəndaşların hüquq və azadlıqlarının ciddi pozuntularına görə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səs hüququndan məhrum edilməsinin təşəbbüskarı olub.

Saytların yığılması Saytlarin yigilmasi

2024-cü ilin yanvarında qış sessiyasında AŞPA üzvləri bu barədə qətnamə qəbul edərək, Azərbaycan nümayəndə heyətini bir il ərzində səs hüququndan məhrum edib. Qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları azadetsə və insan hüquqlarının pozuntularına son qoysa səs hüququ qaytarıla bilər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button