ÖLKƏ
Xırdalanda ev uçdu, yol bağlandı – SON DƏQİQƏ
Bu dəqiqələrdə Xırdalan şəhəri Hüseyn Cavid küçəsində hərəkət dayanıb.
Yerli sakinlərin Bizimyol.info-ya verdikləri məlumata görə, yolun bağlanmasına səbəb yol kənarında yeləşən evlərdən birində baş vermiş qəzadır. Belə ki, bi az əvvəl evin damı uçaraq yolu bağlayıb. Küçənin 300 metrlik hissəsində yaşayan insanların öz yaşayış sahələrinə giriş-çıxışı bağlanıb.
Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlər toplaşaraq yolun açıılması üçün müvafiq qurumların tədbir görməsini gözləyirlər. Amma hələlik heç bir tədbir görülməyib.