İran Prezidenti Həsən Ruhani Rusiya Prezidenti Vladimir Putinin Moskvaya dəvətini qəbul edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.
M.Vazei qeyd edib ki, Rusiya Prezidenti Tehrana son səfəri zamanı H.Ruhanini Moskvaya dəvət edib: “Həsən Ruhani də bu dəvəti qəbul edib. Hazırda hər iki ölkənin Xarici İşlər nazirlikləri səfər tarixini razılaşdırmalıdır”.