2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

London hücumu: saxlanılan şəxslərin hamısı buraxılıb

Ötən həftə Londonda baş verən hücumla bağlı saxlanılan şəxslərin hamısı azad edilib, London polisi bildirir.
Hücumun hazırlanmasında şübhəli bilinən sonuncu şəxs şənbə günü buraxılıb.

Birmingham sakini olan 30 yaşlı kişidən əvvəl daha 11 nəfərin azad olunduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Londonun mərkəzində maşınla adamları vurandan sonra bıçaqla polisə hücum edən Khalid Masood hüquq-mühafizəçilərin atəşi ilə öldürülmüşdü.

Martın 22-də baş verən insidentdə hücum edən şəxslə yanaşı polis əməkdaşı və daha 3 nəfər həlak olub.

İstintaq hücum edən şəxsin ekstremist qruplarla əlaqədə olduğunu təsdiqləyən dəlillərə rast gəlmədiyini bildirir.
Polis nümayəndəsinə əsasən Khalid Masood cihadla maraqlansa da onun hücum planlarını başqa bir tərəflə müzakirə etdiyini deməyə əsas yoxdu.

Bundan əvvəl özünü İslam Dövləti adlandıran qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü elan etmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button