2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ölkə mövzusunda karikatura

O`Kamil

                             Pəhləvanlar padpalar səgridəndə hər yana                                    Tifl həm cövlan edər, amma ağacdan atı var. 

Saytların yığılması Saytlarin yigilmasi

                                                                                  Məhəmməd Füzuli

Ora çox uzaqdadır. Çoox, çox. Oraya gedib çıxmaq üçün yeddi yerdə kəmərini çıxarıb plastmas yeşiyə qoymaq lazımdı. Oraya getmək üçün yeddi yerdə ayaqqabısını çıxarmaq lazımdı, əlinin şəhadət barmağının izini faş eləmək lazımdı. Alışqanını aeroporta girməzdən əvvəl zibil qabına tolazlamaq lazımdı. Ən azı iyirmi dörd saat sevimli siqaretlə ayrı düşmək lazımdı – sonra illərin həsrətlisi kimi görüşmək üçün. Orada qalmayacağın, mütləq qayıdacağın barədə zəmanət vermək lazımdı. Çünki ora bir başqa yerdi.

Amerikadan baxanda da Yer yumrudu. Amerikadan baxanda da onun dörddə üçü sudu. Amerikadan baxanda da Yer Günəş və öz oxu ətrafında fırlanır. Gecə fırlanır, gündüz fırlanır, səhər fırlanır, axşam fırlanır, yay fırlanır, qış fırlanır… Həri. Yerlə bərabər onun üstündə olan və xəritədə qanadı qırılmış, qarnı dağılmış qartal şəklində görünən (çox rəmzi görüntüdür) Azərbaycan da fırlanır. Artur hökuməti də fırlanır. MSK ilə bərabər Məzahir Pənahov da fırlanır, Bakı şəhəri ilə bərabər Hacıbala Abutalıbov da fırlanır…

Amerika da ölkədi, bura da ölkə adlanır. Orada məmur da adamdı, sıravi vətəndaş da. Burada məmur yırtıcı, xalq kölə, ölkə isə zindandı. Orada iqtidar iqtidardı, müxalifət isə başqa cür düşünən. Və bu başqa cür düşünmə, fikir müxtəlifliyi özü bərəkət sayılır. Burada iqtidar sahibləri legitimləşdirilmiş mafiozlar, başqa cür düşünmə şər, müxaliflik isə xalq düşmənliyidir.

Orada hər şey azad, müstəqil, məğrur, qətiyyətli, təşəbbüskar, ölkənin ağası olacaq vətəndaşlar yetişdirmək işinə yönəldilib. Burada cəbr aparatı yaltaq, gözüqıpıq və bunları və atalarını böyük adam hesab edəcək dərəcədə təhqir olunmuş, alçaldılmış, özlərinə dua edəcək və qəbirlərinə gül dəstəsi qoyacaq dərəcədə simasını itirmiş homunkullar – adamcığazlar yetişdirməyə yönəlib.

Ora da ölkədi, bura da ölkə adlanır. Orada ən nüfuzlu peşə sahibləri həkim və müəllimlərdir. Burada həkimlər insanları fiziki, müəllimlər isə mənəvi cəhətdən şikəst etməklə məşğuldur (yaxşılarından üzr istəyirik).

Ora da ölkədi, bura da ölkə adlanır. Burada iki … ceyranın arpasını bölməkdə çətinlik çəkənlərin sifətlərində alçaq, orta statistik və uca dağları yaradıbmışcasına təkəbbür və lovğalıq var, qudurmuşluq və yekəxanalıq var. Orada yerin-göyün sirlərini araşdıran, xalqına və dünyaya hansısa xidmətləri göstərdiyi üçün adı dillər əzbəri olan, dağı dağ üstünə qoyan adamlarda sanki bu etdiklərindən özünün xəbəri yoxmuşcasına sadəlik və təvazö.

Ora da ölkədi, bura da ölkə adlanır. Orda insanların üzündə nur, içində yığılıb qalmış xeyirxahlıq potensialı var. Bilmirlər, kimə ünvanlasınlar. Ona görə bir bəni-adəm əllərinə keçdimi, qır-saqqız olub yapışırlar yaxasından. Amma bu sərmayədən az qala hamıda olduğundan ona sahib olmağın qürur və yekəxanalığı yoxdu. Burada hər kəsin içində onu əhatə edən yırtıcı mühitdən, insanların qanına susamış azğınlardan, bu şərtlər altında əzilib özü kimi bədbəxtlərə qarşı aqressivləşən adamların şərindən qorunmaq üçün içə yığılmış zəhər və onun üzə yansıyan zəhrimarı var.

Ora da ölkədi, bura da ölkə adlanır. Amma əslində ora əslində ölkə, bura isə sanki ölkə mövzusunda karikaturadır.

Xeyirli çərşənbələr…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button