2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Siyasi mühacir Abid Qafarovun qayınatası naməlum istiqamətə aparılıb

İctimai fəal Abid Qafarova məxsus evinə aprelin 29-da basqı olduğu deyilir. 

Bu barədə A.Qafarovun özü məlumat verib. 

Ötən il xarici ölkələrdən birinə köçən fəalın sözlərinə görə, evdə yaşayan yaşlı qaynana və qaynataya mülki geyimli şəxslər təzyiq göstərib. 

Saytların yığılması Saytlarin yigilmasi

O, hesab edir ki, bu hadisə müəllif olduğu “Andaluniya” adlı kitabla əlaqəlidir. 

Onun sözlərinə görə, aprelin 27-də keçirilən sərgidə həmin kitabın 42 nüsxəni mülki geyimli şəxslər tərəfindən müsadirə olunub 

A.Qafarov qeyd edib ki, həmin kitabda 2017-ci ildə baş verən Tərtər hadisələri təsvir edilib. 

«Mülki geyimli polislər Şüvəlandakı evimdən müəllifi olduğum “Andaluniya” və “Mələyin Ölümü” kitablarını qanunsuz olaraq götürüb. Əlavə olaraq, bir ədəd köhnə laptopu və evin video yaddaş qurğusunu götürüb.  Sənədlə sahibi olduğum “İJ” markalı stend atışı üçün nəzərdə tutulmuş tüfəngimi və sənədini götürüb.

Qaynatam Əlipənah Haşumovu naməlum istiqamətə aparıblar», – Qafarov  daha sonra bildirib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button