2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyədə səslərin 81 faizi sayılıb

Saytların yığılması Saytlarin yigilmasi
foto http://www.hurriyet.com.tr/
foto http://www.hurriyet.com.tr/.

Paytaxt Ankarada, İstanbulda və İzmirdə təkliflərin əleyhinə olanlar çoxluq təşkil edir

Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 81 faizi sayılıb.

Seçki qutularının 86,25 faizi açılıb, 52,96 faizi lehinə, 47,04 faizi əleyhinə səs verib.

“Hürriyyət” qəzetinin yazdığına görə, bülletenlərin 81 faizinin sayılmasından sonra seçicilərin 53.6 faizi Konstitusiya dəyişikliyinin lehinə, 46.4 faizi əleyhinə səs verib.

Son məlumatlara əsasən, paytaxt Ankarada, İstanbulda və İzmirdə təkliflərin əleyhinə olanlar çoxluq təşkil edir. 

Bildirilir ki, Almaniyada lehinə, Azərbaycanda, ABŞ-da, Böyük Britaniyada, İsveçdə əleyhinə səs verənlər çoxluq təşkil edir. 

16 aprel referendumunda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

 

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button