Latın Amerikası ölkələri Venesualada seçki keçirilməsini istəyir
Latın Amerikasının 11 ölkəsinin Xarici İşlər Nazirlikləri Venesuela prezidenti Nikolas Maduroya müraciət edərək ölkədə iqtisadi böhrana son qoymaq məqsədi ilə seçkilərin keçirilməsini xahiş edib.
“Biz Venesuela respublikasının hökumətini tez bir zamanda ciddi böhrandan çıxış yolu tapmağa kömək edəcək seçkilərin vaxtını təyin etməyə çağırırıq”, – deyə müraciətdə deyilir.
“Biz hakimiyyəti konstitusiyanın tələb etdiyi kimi insanların dinc toplantı azadlığını təmin etməyə çağırırıq. Həmçinin müxalifəti bu hüquqdan istifadə eərək məsuliyyəti unutmamağa səsləyirik”, – müraciətdə qeyd olunur.
Müraciəti Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Meksika, Qvatemala, Qonduras, Paraqvay, Uruqvay və Peru XİN nümayəndələri imzalayıb.
Fizzə
24saat.org
Mənbə – azadliq.info