2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Qubad İbadoğlunun üzərindən elektron bilərziyi çıxarmaqdan imtina edib

Mayın 7-də Nərimanov Rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun üzərindən elektron bilərziyin çıxarılması barədə vəsatətə baxılıb.

“Xahiş etdik ki, Qubad İbadoğlunun üzərindən elektron bilərziyi çıxarsınlar. Buna ehtiyac yoxdur. O, KT və MRT müayinəsindən keçməlidir, elektron cihaz isə maneə yaradır. Bundan əlavə, Qubadda şəkərli diabet var və qan dövranının pisləşməsi səbəbindən uzun müddət bilərzik taxmaq toxuma nekrozuna səbəb ola bilər”,- qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib. Bu qərardan apellyasiya şikayəti veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

*23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı) və 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınır.

22 aprel 2024-cü ildə məhkəmə İbadoğlunun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edib.

Lakin mayın 4-də polis əməkdaşları onu uzaqdan müşahidə etmək üçün elektron bilərzik taxıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button