2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Krımda “radar”a düşən hökumət

Yaxud işğala məruz qalanın, işğal olunmuş ərazidəki “məharət”i

Xeyli müddətdir ki, Azərbaycanın adı bütün pis siyahıların ön cərgələrini “bəzəyir”. Nüfuzlu nəşrlər Azərbaycandakı korrupsiyadan, tanınmış hüquq müdafiə təşkilatları Azərbaycandakı repressiyalardan xəbər verir. Bütün hesabatlarda ölkəmizin adı qırmızı xəttlə keçir. Uzun illər Azərbaycan hakimiyyəti belə hesabatları erməni lobbisinin qarayaxması, Azərbaycana qarşı qərəz və iklistandartlar kimi təqdim edib. Amma artıq elə bir mərhələyə qədəm qoymuşuq ki, həqiqəti gizlətmək mümkünsüz olub.
Fakt budur ki, harda çirkli sövdələşmələr varsa, Azərbaycan hökuməti həmin əməliyyatın iştirakçısıdır. Hökumətimizin əməlləri gah Avstriya məhkəməsində, gah İtaliya məhkəməsində müzakirəyə çıxarılır. Yaxud, Malta hökuməti Azərbaycanla korrupsiya əlaqələrinə görə istefaya çağırılır, Avropa Şurasının deputatları Azərbaycanla çirkli əlaqələrə görə rüsvay edilir və.s
İndi də məlum olur ki, Ukraynada 17 Azərbaycan şirkətinə qarşı cinayət işi açılıb. Belə ki, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı ilə bu ölkənin Baş prokurorluğu aprelin 20-dən 22-nə qədər Krımın Yalta şəhərində keçirilən III Beynəlxalq iqtisadi forumun iştirakçılarına qarşı istintaq tədbirlərinə başlayıb.
Yalta Beynəlxalq İqtisadi Forumunun informasiya xidməti bildirir ki, həmin forumda Azərbaycandan 17 təşkilatın və şirkətin nümayəndələri iştirak edib. Bunlardan “Azərbaycan Banklar Assosiasiyası”,
“Azərbaycan Beynəlxalq Bankı”, “Azərkosmos” ASC, “Azərsun Holding”, SOCAR və digərlərinin adını çəkmək olar. Məsələ burasındadır ki, Ukraynada qəbul edilmiş qanuna görə Krım və Donbass “müvəqqəti işğal olunmuş” ərazilər statusundadır, bu ərazilərə Kiyevin razılığı olmadan getmək qanun pozuntusu kimi qiymətləndirilir.
Göründüyü kimi Azərbaycanın böyük şirkətləri işğal altında olan ərazilərə doğru irəliləyib. Hansıki, 20 faiz torpağı işğal altında olan hökumətin şirkətləri belə bir səhvə yol verməməliydi. Həm də söhbət hansısa kiçik şirkətlərdən yox, ölkə rəhbərliyinin nəzarətində olan nəhəng qurumlardan gedir.
Başqa vaxt Qarabağa icazəsiz səfər edənləri “qara siyahı”ya salan, “arzuolunmaz şəxs” elan edən hökumət, indi özü işğal olunmuş ərazidə fəaliyyətə girişib. Əslində, Azərbaycan şirkətlərinin belə bir ittihamla məsuliyyətə cəlb lunması böyük rüsvayçılıqdır. Başqasının ərazibütövlüyünü şübhə altına alan hökumət, öz ərazibütövlüyü haqqında necə müsbət rəy formalaşdıra bilər? Niyə, bütün pis işlərdə Azərbaycanın adı hallanır? Dünyanın dörd bir yanından imtina edib, niyə məhz Krımda işləmək zərurəti yaranıb?
Başqa vaxt dünyanı ikilistandartlarda qınayırlar, amma indi özləri ikilistandartlar tətbiq etməyə başlayıblar. Nəticə isə budur ki, “Qarabağ boyda dərdi” olan hökumət, Krımda “radar”a düşdü. Həm də 17 şirkət və təşkilat “kortej”iylə. Əlbəttə ki, işğala məruz qalmış ölkə Azərbaycan hökumətinin bu “mərifət”inə sərt cavab verməliydi. Həm də bu sərt cavab, işğaldan əziyyət çəkən ölkənin şirkətlərinə ünvanlanıb.
Reallıq göstərir ki, bu hakimiyyətin dövründə Azərbaycanın adı ancaq pislərin sırasında hallanacaq. Tərbiyəsiz uşaq ailəsinə ancaq problem yaratdığı kimi, bu hökumət də yalnız pis işlərlə gündəmə gəlir. Ölkənin imicini korlamaq üçün nə mümkündürsə edilib və bu proses davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Akif

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button