ABŞ-dan Rusiyaya nüvə hücumu təhlükəsi
Rusiya XİN-i ABŞ Dövlət Departamentinin dövlətlərin silahlara nəzarət sahəsində razılaşmaya əməl etməsi ilə bağlı hesabatına cavab olaraq Vaşınqtonun orta və kiçik mənzilli raketlərlə bağlı razılaşmanı yerinə yetirməsini tənqid edib. Bununla bağlı bəyanat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.
Bəyanatda deyilir ki, ABŞ razılaşmanı yerinə yetirməsi ilə bağlı yanlış məlumat verir. Həmçinin Vaşınqton Rusiyanın narahatçılığına əhəmiyyət vermir.
XİN xatırladıb ki, ABŞ Rusmıniyadakı bazasında raket əleyhinə müdafiə qurğuları yerləşdirib. Belə qurğular orta mənzilli “Tomaqavk”lar ata bilər. Bundan əlavə, ABŞ Polşada bazasında da belə komplekslər yerləşdirmək istəyir.
Rusiya tərəfi bunu razılaşmanın kobud şəkildə pozulması kimi qiymətləndirir.
Fizzə
24saat.org
Mənbə – azadliq.info