Gündəm
Vaşinqtonda etiraz aksiyaları keçirilib
ABŞ-ın paytaxtı Vaşinqtonda şənbə günü minlərlə insan küçələrə çıxaraq prezident Donald Trump-ın iqlim dəyişikliyi və ətraf mühit siyasətinə etiraz ediblər. Oxşar etirazlar artıq ikinci dəfədir keçirilir.
“İnsanların İqlim Marşı” adlanan etiraz aksiyasına qatılanlar Trump administrasiyasının Ətraf Mühitin Mühafizəsi Agentliyində böyük ixtisarlar aparılmasıyla bağlı təklifindən qəzəbləniblər. Bu agentlik ölkənin ətraf mühit qanunlarının icrasına nəzarət edir.
Ağ Ev “Paris Razılaşması”ndan çıxmağı planlaşdırır. ABŞ daxil 190-dan çox ölkə həmin sazişi qlobal istiləşmənin önlənməsi ümidiylə imzalayıb.
24saat.org
Mənbə – azadliq.org