2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlahiyyatçının istintaqı başa çatıb

Həbsdəki ilahiyyatçı Sərdar Babayevin (Hacıhəsənli) cinayət işi üzrə ibtidai istintaq başa çatıb, cinayət işi məhkəməyə göndəriləcək.

Bu barədə vəkili Cavad Cavadov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Masallı rayon Polis Şöbəsində S.Babayevlə birlikdə cinayət işinin materialları ilə tanış olub.

“İş artıq, məhkəməyə göndərilir. Elan olunmuş ittiham olduğu kimi qalır. Onu Cinayət Məcəlləsinin 168-1.1.3 maddəsi ilə, yəni xaricdə təhsil almış şəxs olaraq Masallı şəhər məscidində cümə namazına rəhbərlik etməkdə, cümə xütbəsi söyləməkdə ittiham edirlər. Rəsmi ittiham belədir”, o qeyd edib.

Cavadov cinayət işi materialları ilə tanışlıq zamanı bəzi detalların da məlum olduğunu deyib. Onun sözlərinə görə, Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsi S.Babayev barəsində qərəzli xasiyyətnamə verib.

“Polis şöbəsinə təqdim olunmuş xasiyyətnamədə Sərdar Babayevin qeyri rəsmi olaraq dini mərasimlərə, ayinlərə rəhbərlik etməsi, xütbə və moizələrində İranın siyasi, dini rejimini təbliğ etməsi göstərilir”.

Vəkilin sözlərinə görə, S. Babayevin bütün xütbələri və çıxışları internet resurslarında yerləşdirilib. İstintaq orqanı da onun çıxışlarını incələyib. Vəkilin gəldiyi nəticəyə görə, hər hansı qanun pozuntusu aşkar edilməyib.

C.Cavadov müdafiə etdiyi şəxsin qərəzli xasiyyətnaməyə görə Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsini məhkəməyə verəcəyini bildirib.

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti uzadılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə icazə vermir.S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıqedilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

Qeyri-rəsmi mənbələr hesab edir ki, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edib və tənqidi fikirlər səsləndirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button