2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nazir: Beynəlxalq Bank gələn ildən tez özəlləşdirilməyəcək

”Bank ilk növbədə balans göstəricilərini ”səhmana salmalıdır””

Saytların yığılması Saytlarin yigilmasi

 “Səhmləri dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bank ilk növbədə balans göstəricilərini “səhmana salmalıdır”. “Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”, – deyə o bildirib.

 ABB-də dövlətə məxsus səhmlər 91,3 faizə (Maliyyə Nazirliyi – 76,7 faiz, Aqrarkredit – 14,6 faiz) çatıb.  

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button