2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bu həbsin sifarişi birbaşa İlham Əliyevdən gəlib”

 

AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlı barəsində 3 ay həbs-qətimkan tədbirinin seçilməsinə dərhal reaksiya verib O, feysbuk səhifəsində yazıb:

Saytların yığılması Saytlarin yigilmasi

Möcüzə baş vermədi. Gözəl xanım haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Gecə saat 12-də də məhkəmə olar? Təkcə bu fakt sübut etmir ki, Gözəl xanımın həbsi sifarişlidir, və bu sifariş birbaşa İlham Əliyevin özündən gəlib? Gözəl xanımın həbsi qanunsuz, anti – insani və ləyaqətsiz hərəkətdir. Bizim bu həbsə cavabımız nə olmalıdır? Susmaq, zalımlara itaət etmək, vəziyyətlə barışıb, ölkənin xilasından vaz keçmək, ölkəni tərk etmək bizim üçün seçim ola bilməz. Bu situasiyada ölkəni gerçəkdən sevən, bu Vətənin, bu millətin xoşbəxt gələcəyi üçün mübarizə aparanların tək bir seçimi var. Cəmiyyətin müqavimətini gücləndirmək, mübarizənin sosial bazasını genişləndirmək, demokratik qüvvələr arasında daha çox həmrəyliyə nail olmaq və daha çox, daha kütləvi, daha qətiyyətli mübarizəni təşkil etmək! Edəcəyik!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button