2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Litva parlamentinin üzvləri Azərbaycanı jutrnalistləri azad etməyə çağırıb

Deputatlar Əfqan Muxtarlı və Nicat Əmiraslanovu müdafiə edən sənəd imzalayıb

Saytların yığılması Saytlarin yigilmasi

Litva parlamentinin 14 üzvü Azərbaycan hökumətini insan hüquqlarına hörmətlə yanaşmağa və bu yaxınlarda həbs olunmuş iki jurnalisti – Gürcüstanda oğurlanaraq qaçaqmalçılıq və sərhədi qanunsuz keçməkdə ittiham olunan Əfqan Muxtarlını və işgəncələrə məruz qalan Nicat Əmiraslanovu azad etməyə çağırıb.

Nicat Əmiraslanov

Nicat Əmiraslanov

Sənədin təşəbbüsçüləri müxalifətdə olan Vətən İttifaqı və Liberal Alyansın üzvləridir.

Müraciəti imzalayan deputatlar Azərbaycanla parlament əlaqələrinin dəstəklənməsinə cavabdeh olan parlament qrupuna daxildir.

“Azərbaycan öz ərazi bütövlüyündən danışarkən beynəlxalq hüquq prinsiplərinə tərəfdar olduğunu bildirir. Amma ölkə özü də bu prinsiplərə əməl etməlidir”, müraciətin təşəbbüsçülərindən biri Arvidas Anusauskas bildirib. Məlumatı Litvanın 15min.lt. İntermet-resursu yayıb.

Ancaq ölkədəki hakim Kəndlilər və Yaşıllar Partiyasının heç bir üzvü sənədi dəstəkləməyib. Sənəd Azərbaycanın Vülnüsdəki səfirliyinə göndərilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button