2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Elmin inkişafına qayğı” nağılı da sona çatır

ameaNazirlər Kabineti “Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərar verib.

Hər il Elmin İnkişaf Fondu və başqa dövlət fondlarından AMEA-nın elmi tədqiqat institutları tərəfindən təqdim edilən layihələrə milyonlarla manat məbləğində qrantlar ayrılır. Ancaq hökumət bu qrantları elmi inkişaf etdirmək məqsədilə deyil, elm adamlarının siyasi dəstək və loyalllığını əldə etmək üçün ayırır. Qrantları alan şəxslər ortaya heç bir elmi nəticə, ixtira qoya bilmir, pulun hara və necə xərcləndiyinə dair hesabat da vermir. Onlardan bu hesabatı istəyən də yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Neft pullarının ölkəyə çox gəldiyi dövrlərdə illərlə pullar beləcə mənimsənilib. Ancaq indi vəziyyət dəyişib, ölkə ciddi böhranla üz-üzədir. Artıq insanların əqidələrini satın almaq üçün hökumətin böyük pullar ayırmaq imkanı azalıb.

Bunu nəzərə alaraq Nazirlər Kabineti qərara alıb ki, artıq elmi tədqiqat institutlarının sahibkarlıqla məşğul olmasına yol versin. Beləcə, hökumət elm işçilərinə mesaj verir ki, artıq bizdən sizə pay olmayacaq, pulumuz yoxdur, gedin öz başınızın çarəsinə baxın.

Məsələyə birtərəfli yanaşsaq hökuməti buna görə təqdir də etmək olar. Bu qurumları hətta ləğv etsələr belə varlığı ilə yoxluğu bilinməz. Çünki elmi tədqiqat institutlarının elmə və cəmiyyətə fayda gətirməməyi bir yana onlar büdcə üçün də gərəksiz öhdəliyə çevrilib. Sovetdən qalma bu institutlar elmin inkişafı üçün əhəmiyyətli kriteriyalardan sayılan düşüncə və ifadə azadlığını boğmaq funksiyasını yerinə yetirir, heç bir elmi nəticə də ortaya qoya bilmir.

Görünür, hökumətin daha bir nağılının – “elmin inkişafına qayğı” nağılının da sonuna çatmışıq.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button