2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Tanınmış vəkil Gözəl Bayramlının müdafiəsinə buraxılmadı

Fəxrəddin Mehdiyev həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlının müdafiəsinə qoşulmaq üçün istintaqa  order təqdim edib. Lakin Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi  Ramiz Alverdiyev vəkilə  rədd cavabı verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda azadliq.info-ya Fəxrəddin Mehdiyev özü məlumat verib. “Gözəl Bayramlının müdafiəsinə qoşulmaq barədə xeyli müddət əvvəl bildirmişdim. Bu barədə order də çoxdan hazır idi. Həbs müddətinin artırılması ilə bağlı məhkəmə prosesində iştirak etmək istəyəndə müstəntiq mənə bildirdi ki,  Gözəl xanımın müdafiəsinə qoşula bilmərəm. Müstəntiq bildirdi  ki,  həmin iş üzrə AXCP sədri Əli Kərimli şahid kimi istintaqa ifadə verib. Mən isə Əli bəyi  həmin dindirmə prosesində  nümayəndə kimi müşayət etmişəm. Buna görə də mənim prosesə qoşulmağıma imkan verilmədi”,-deyə vəkil bildirib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button