2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Bank of Baku” 35 milyonluq ziyanda

Bank of Baku” ASC 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.

Ötən il “Bank of Baku”nun cəmi gəlirləri 57 milyon 380 min manat, o cümlədən faiz gəlirləri 55 milyon 912 min manat, qeyri-faiz gəlirləri 1 milyon 468 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 89 min manat əməliyyat mənfəəti qalıb. Bank, mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 41 milyon 517 min manat ayırdığından ötən ili 35 milyon 428 min manat zərər ilə başa vurub.

2016-cı ildə “Bank of Baku”nun cəmi gəlirləri 165 milyon 308 min manat, o cümlədən faiz gəlirləri 100 milyon 626 min manat, qeyri-faiz gəlirləri 64 milyon 682 min manat təşkil etmişdi. Bank 2016-cı ildə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 117 milyon 659 min manat ayırmış, həmin ili 15 milyon 330 min manat zərər ilə başa vurmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button