2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Götür uşağını da rədd ol, çıx çölə!

Sosial yardım ala bilmədiklərindən rayonlardan kömək üçün Bakıya, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) üz tutan 10-dan artıq vətəndaşlardan birinə fondun qəbul şöbəsindən belə “yola salıblar”.

Bir qrup vətəndaş fevralın 27-də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qarşısına toplaşıb. Müxtəlif rayonlardan gəlsələr də onların problemi eynidir – ya sosial yarımları kəsilib, ya da ümumiyyətlə sosial yardım ala bilmirlər. Onlar problemlərini AzadlıqRadiosunun əməkdaşlarına bölüşüblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bakının Nərimanov rayonundan gələn Vüqar Abbasov 10 aydır ki, DSMF-yə gəl-get etdiyini söyləyir. Deməsinə görə, hər dəfə qoltuqlarına bir bəhanə verib geriyə yola salırlar.

“10 aydır gəlib gedirik. Hər dəfə bir bəhanə gətirirlər. Gedirik, sənədləri toplayırıq, gəlirik. Yenə də başqa bəhanə gətirirlər. Onu düzəldirik, yeni bir bəhanə tapırlar. Gah deyirlər o sənəd çatmır, gah da bu sənəd”, söyləyən V.Abbasov bildirir ki, sonuncu dəfə DSMF-dəki hansısa Ömər müəllimin qəbulunda olub.

“Dedi ki, guya, mənim ayagımda torpaq sahəsi var. Gedib araşdırmışam, Dövlət Reyestr Xidmətindən arayış almışam. Arayışda hər şey yazılıb, ayağımda torpaq sahəsi, filan yoxdur. Əmlak Komitəsindən çıxarış da almışam. Ancaq Ömər müəllim deyir ki, arayışı qəbul etmirik. Dövlətin komitəsinin, Əmlak Komitəsinin arayışını da saymırlar”.

Şikayətçi deyir ki, ya yardım eləsinlər, ya da dövlət şərait yaratsın, şıxıb başqa ölkəyə getsinlər, işləyib, balalarınə böyütsünlər.

Tovuz rayonunun Abulbəyli yaşayış məntəqəsindən DSMF-yə pənah gətirdiyini bildirən İradə Kərimovanın sözlərinə görə, azı 4 dəfə DSMF-yə müraciət edib.

“Hər dəfəsində istədikləri sənədləri toplayıb vermişəm. Hər dəfə sosial yardım verməmək üçün bir bahanə gətirirlər. Əgər bunu bizə verməyəcəksizsə, qoy, qanun desin ki, vermirik. Tovuz məşgulluguna getmişəm, deyirlər 3 körpən var, get “sosial”a. Gəlirəm bura, göndərirlər ora”, deyən vətəndaş bildirir ki, iri ailədirlər, evləri yaşamağa belə yaramır.

“Gedək evimə baxın, orda iti bağlasan, durmaz”, Tovuzdan gələn şikayətçi deyir.

Masallı rayonunun Qasımlı kəndindən gələn Cavid Nuriyev rayondakı rəsmi qurumlardan mədəd tapa bilmədiyindən Bakıya üz tutduğunu deyir. O, yardım alırmış, ancaq yanvardan kəsiblər.

“Rayonda dövlət qurumlarının hamısına müraciət etmişəm. 2 uşağım məktəbə gedir. Qucağımda aparıb gətirirəm, kitabları belə vermirlər. Evdə saygacım, işığım da yoxdur. Yanvar ayından yardımımı kəsiblər. Orda hara müraciət etmişəm, deyirlər vermirik”.

C.Nuriyev deyir ki, normal ölkələrdəki kimi məktəbli uşaqlarına yardım edilməsini istəyir.

“Beş baş ailəni saxlaya bilmirəm. İş yeri yoxdur. Son ümid yeri kimi bura gəlmişəm. 3 gün də gözləyəcəm, olmasa, özümü maşının altına atacağam”.

Bakıya körpələrini də gətirən narazı vətəndaş əlini uşaqlarına uzadıb deyir ki, “18 yaşa çatanda bu dövlət gəlib yapışacaq ki, ver aparım, xidmət eləsin. Hansı dövlət axı, o dövlət qoy, bu uşaqlara xidmət eləsin ki, sonra da bu, böyüyüb ona xidmət eləsin. Ya da sənədlərimizi versinlər əlimizə, desin ki, gedin başqa ölkəyə”…

Narazı vətəndaşların bir qrupunu günorta saatlarında DSMF-də qəbul ediblər. Ancaq onların problemi həllini tapmayıb. Əksinə, qəbuldan çıxanlar onlarla qaba rəftardan narazılıq ediblər.

Şikayətçilərdən İ. Kərimova qəbuldan sonra deyib ki, yenə eyni bəhanələri göstərdilər.

“Guya, sənədlərimiz səhvdir və sair və ilaxir. Bizim ölkəmiz varmı, bizim prezidentimiz varmı, bizə dəstək olan insanlar varmı?.. Bircə yol ölümdü, o qalıb ki, gedib özünü öldürəsən. Başqa çıxış yolumuz qalmayıb”.

Fondun qəbul şöbəsinin müdirinin yanında olduqlarını bildirən Cavid Nuriyev də qəbuldan narazı çıxıb.

“Mənə nə desələr yaxşıdı?…Rədd ol çıx çölə, mənim başımı xarab eləmə”. Üz tutuduğumuz qurumlarda hər cür hörmətsiliyi görmüşdüm, ancaq birinci dəfə idi ki, yardım üçün üz tutduğum yüksək dövlət orqanında “götür uşağını, rədd ol, çıx çölə!” cavabı verdilər”, şikayətçi çarəsizcə söyləyib…

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan narazı vətəndaşların şikayətləri haqda bilgi almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button