2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Oqtay Şirəliyev İlham Əliyevi çıxılmaz vəziyyətdə qoyub

Ölkədə dərman çatışmazlığı və preparatların keyfiyyətsizliyi sosial partlayışa səbəb olacaq!

Dərmanların vahid qiymət siyasəti ləğv edilməlidir. Çünki artıq hökumət bu tənzimləmədən sonra yaranmış problemli vəziyyətə nəzarət edə bilmir. 24saat.org saytının əldə etdiyi məlumatda bildirilir ki, bu günlərdə “dərman mafiyası” adı altında yüksək vəzifəli şəxslərin həbsi də bu problemin tərkib hissədidir. Məlumat üçün bildirək ki, Tarif Şurası dərman vasitələrinin vahid qiymətləndirilməsi siyasətinə 2014-cü ildən Səhiyyə Nazirliyinin tələbindən sonra başlayıb. Bu siyasətin dərman vasitələrinni qiymətində müəyyən ucuzlaşmaya səbəb olacağı ilə bağlı açıqlamalar verilsə də, istehlakçılar və ekspertlər çox az sayda dərmanın qiymətində ucuzlaşma olduğunu, bir çox dərmanların isə əksinə, dəfələrlə bahalaşdığını, əksər lazımlı dərmanların bazardan yox olduğunu bildirilır. Şuranın tənzimləməsindən sonra bəzi dərman vasitələrini ölkəyə leqal yollarla gətirilməsi qeyri-mümkün olub. Çünki həmin dərman molekullarına Tarif Şurası tərəfindən qoyulan naşı qiymət istehsalçının real satış qiymətindən aşağı olub. Hətta dərman vasitəsinə qoyulan qiymət o qədər aşağıdır ki, həmin məbləğə nəinki dərmanı ölkəyə gətirib satmaq, heç istehsal olunan ölkədə almaq mümkün deyil. Əlbəttə, dərman vasitələrinin ucuz olması çox mühüm amildir. Lakin Tarif Şurasının qiymət siyasəti dərman qiymətinin ucuzlaşmasına deyil, həmin dərmanın ümumiyyətlə bazardan çıxarılmasına və yaxud keyfiyyətinin aşağı düşməsinə xidmət edir.


Məlumat üçün bildirək ki, Tarif Şurası dərmanların qiymətləndirilməsi zamanı həmin vasitələrin istehsal qiymətini deyil, tərkibindəki kimyəvi və ya qeyri-kimyəvi maddələrin istifadə miqdarına görə yaranan molekulun minimum qiymətini hesablayır. Məsələn, dünyanın aparıcı dərman itehsalçısı olan “Roche” (Roş) firmasının istehsal etdiyi keyfiyyəi ilə bütün dünyada liderlik edən preparatlar TŞ-nın qiymət siyasətinin qurbanı olaraq ölkəmizə idxal edilmir. Bunun əvəzinə istehlakçı məcburiyyət qarşısında qalaraq keyfiyyətinə görə bu firmaya uduzan digər dərman istehsalçılarına üz tutmalı olur. Bu hələ işin ən yaxşı tərəfidir. Çünki fürsətdən isifadə edən işbazlar tərəfindən ölkəyə ümumiyyətlə dərman firmaları tərəfindən deyil, xüsusi sexlərdə hazırlanaraq gətirilən saxta dərman vasitələri barədə də məlumatlar dolaşmaqdadır. Başqa sözlə, Səhiyyə Nazirliyinin Tarif Şurasına məcburiyyətlə qəbul etdirdiyi qiymət siyasəti ölkədə keyfiyyətsiz dərman bazarının yaranmasına vüsət verib. Təsadüfi deyil ki, son aylarda bir çox apteklərdə satılan preparatların müalicəvi keyfiyyəinin olmadığından şikayətçidir.
Səhiyyə Nazirliyinin, konkret olaraq nazir Oqtay Şirəliyevin beyninin məhsulu olan qiymət siyasəti həm də, bazarda ciddi təlabatı olan preparatların leqal yolla ölkəyə gətirilməsi mümkünsüz edib. Bu isə kontrabanda yolu ilə həmin preparatların Azərbaycana gətirilməsini zəruri edir. Nəzərə alsaq ki, sərbəst qiymələndirmə zamanı ölkəyə gətirilən bütün preparatlar labarotoriyalarda yoxlanılaraq bazara buraxılırdısa, kontrabanda yolu ilə gətirilən vasitələrin yoxlanılmadan satışa çıxarılması daha böyük problemlər yaradır.
Məlumat üçün bildirək ki, gömrük və vergi sisteminə daxil olmadan idxal edilən bu dərmanlar hazırda satışda olsa da, Tarif Şurasının müəyyənləşdirdiyi və ya əvvəllər satıldığı qiymətdən daha baha satılmaq məcburiyyətindədir.
Bəs bu dərmanlar ölkəyə necə daxil olurdu?


24saat.org-a daxil olan məlumata görə, dərman firmaları həmin dərman vasitələrini ölkəyə gətirmək üçün gömrük orqanlarında olan vəzifəli şəxslərlə iş birliyinə giriblər. Bunu bir neçə gün öncə baş verən həbslər və Gömrük Komitəsinin vəzifəli şəxslərinin işdən çıxarılması ilə bağlı yayılan rəsmi məlumatlar da təsdiq edir. Belə ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər. Keçirilən əməliyyatlarda Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılmışdır. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan (rəsmi məlumatda belə yazılıb) 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülmüşdür. Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə bir neçə şəxsə cinayət işi açılıb.
24saat.org-a daxil olan məlumatda bildirilir ki, bu əməliyyatlardan sonra, Tarif Şurasının yüksək qiymət müəyyən etdiyi üçün digər yollarla ölkəyə gətirilən dərmanların ölkəyə daxil olmasının qarşısı tamamilə alınıb. Ancaq həmin dərman vasitələrinə olan tələbat qalmaqdadır. Yəni indi ölkəmizə təlabatı yüksək olan dərman vasitələri qeyri-qanuni yolla da gətirilməyəcək. Bu səbəbdən də yaxın vaxtlarda ölkədə darman çatışmazlığı bumunun yaşanacağı qaçılmazdır. Əgər Oqtay Şirəliyev dərman vasitələri üçün tətbiq olunan vahid qiymət siyasətini ləğv edilməsi yönündə inadını davam etdirərsə, dərman çatışmazlığı ucbatından sosial narazılıq yaranacaq.
Əldə ediyimiz məlumata görə, yaranmış bu cür vəziyyətlə bağlı əlaqədar qurumlarda fərqli mövqelər var. Bir çox rəsmilər “dərman çatışmazlığı bumu”nun böyük sosial narazılığa səbəb ola biləcəyini deyərək, vəziyyətin vahid qiymət tarifinin ləğvini təklif edir. Digər bir qrup isə vahid qiymət siyasətinin davam etdirilməsinin vacibliyini deyərək, bu sahəyə nəzarətin daha da sərtləşdirilməsini təklif edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bir neçə gün əvvəl Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

Tədbirdə ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğu bildirilib və bu cür mənfi hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyi vurğulanıb.

Qeyd edək ki, 2014-cü il 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər edilərək dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Dövlət başçısının 2015-ci il 18 mart tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının təsdiq edilməsi, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin olunması tapşırılıb. Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Həmçinin, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Daha sonra Tarif (qiymət) Şurası tərəfindən “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” təsdiq edilərək, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, əczaçılıq forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.

Günel Məmmədova
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button