2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

”İqtisadiyyatda mühüm rol oynamaq əvəzinə SOCAR büdcədən güzəştlər alır”

İlham Şaban: ”Dövlət və SOCAR bir-birilərinin içərisinə çox siraət ediblər”

Nazirlər Kabinetinin sentyabrın 13-də 626 nömrəli sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dövlət büdcəsinə 675,4 milyon manat (təxminən 400 milyon ABŞ dolları) məbləğində borclarını ləğv etməsi birmənalı qarşılanmayıb.

Sərənsama görə, təklif SOCAR rəhbərliyindən gəlib:

Saytların yığılması Saytlarin yigilmasi

“Borc şirkətin 2014-cü ildə Mərkəzi Bankdan (472 milyon 870,7 min manat), 2015-2016-cı illərdə isə Beynəlxalq Bankdan alınan (1 milyard 291,5 milyon manat və 198 milyon manat) kreditləri nəticəsində yaranıb”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, SOCAR hələ kommersiya relslərinin üzərinə keçirilməyib. Dövlət və SOCAR bir-birlərinin içərisinə o qədər sirayət ediblər ki, burda ayırma etmək çox mürəkkəbdir. Ona görə də bu cür məsələlər insanlarda çaşqınlıq yaradır:

İlham Şaban
İlham Şaban

“Büdcədən SOCAR-a vəsait daxil olur, ancaq həmin vəsaitin şirkətə tam ödənilib-ödənilməməsi sualı açıq qalır. Ola bilsin ki, vəsaitin bir hissəsi ödənilməyib, nəticə etibarı ilə şirkətin ödəməli olduğu pul silinib. 90-cı illərdəki yaranan qarşılıqlı borclar və onların silinməsi sistemi hələ də qalıb. Həm də belə deyirlər, hər ikisi dövlətdir, SOCAR və Mərkəzi Bank. Reallıqda bazar iqtisadiyyatı elementləri işləsəydi, hərəsi özü üçün işləyərdi”.

İqtisadçı Natiq Cəfərli yaranmış durumun dövlət şirkətlərinin qeyri-effektiv idarə olunmasından irəli gəldiyini düşünür.

Bu barədə N.Cəfərli Meydan TV-yə danışarkən bildirib ki, SOCAR kimi ölkə iqtisadiyyatının lokomotivi sayılan bir şirkətin dövlət büdcəsinə münasibəti elə buradan görünür.

“Əslində, SOCAR normal idarə olunsaydı daha çox vergi ödəyər, sosial layihələrdə iştirak edərdi. Amma ictimaiyyət əks mənzərəni görür. Son 15 ildə SOCAR daha çox dövlətdən dotasiya alan şirkətlərdən birincisidir. SOCAR Türkiyə, Gürcüstan və Rumıniyada böyük layihələr gerçəkləşdirir, bu ölkələrin iqtisadiyyatına ciddi xeyir verir. Amma ölkə iqtisadiyyatında mühüm rol oynamaq əvəzinə büdcədən xeyli güzəştlər alır və bununla da SOCAR-ın idarə olunmasının qeyri-effektliyi üzə çıxır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli xatırladır ki, Azərbaycanda iki min manatdan çox vergi borcu olan vətəndaşlar məhkəmə qarşısına gətirilir, hətta cinayət işi açılır, amma SOCAR da daxil iri şirkətlərə yüz milyonlarla manatlıq güzəştlər edilir.

“Bununla disbalans və hüquqi nonsens də yaranır. Azərbaycan vətəndaşlarına olan sərt qanunvericilik dövlət şirkətlərinə qarşı tətbiq olunmur. Bu məqam ciddi suallar doğurur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button