Qalmaqallı təhsil müdiri işdən çıxarıldı
Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova işdən çıxarılıb.
24saat.org Report-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən rayon təhsil şöbəsində araşdırmalar aparılıb, ciddi nöqsanlar aşkarlanıb.
X.Rüstəmovanın məhz bu səbəbdən vəzifəsindən kənarlaşdırıldığı bildirilir.
24saat.org yada salır ki, X.Rüstəmovanın həm özünün, həm də övladlarının əməlləri ilə bağlı son bir il ərzində dəfələrlə mediada gündəm olub.
Onun polis oğlu Tural Əliyevin həmkarını bıçaqlaması gündəmə gəlmişdi. Xidməti vəzifəsini yerinə yetirərkən, aralarında baş vermiş söz-söhbətə görə DYP-nin işçisi Namiq Zeynalova bıçaqla zərbə endirən Xuraman Rüstəmovanın oğlu Tural Əliyevlə polis orqanlarından qovulub.
Onu digər övladı – Yasin Əliyev isə məhkəmədə hakim köməkçisi işlədiyi halda 10 CB 002 nömrə nişanlı “Leksus” markalı avtomobil sürdüyü, belə bahalı maşını maaşdan kənar hansı qazancla alması da mediada sual doğuran mövzu olub.
24saat.org