2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Noyabrın 27-ə HAVA PROQNOZU

Azərbaycanda noyabrın 27-ə gözlənilən hava şəraiti

24saat.org hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Bakıda və Abşeron yarımadasında

Noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub-qərb küləyi gündüz  arabir güclənəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda  gecə  6-8, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 27-si gündüzdən 29-u gündüzədək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda noyabrın 27-si gündüzdən 29-u gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button