2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Həbsxanadan üç məktub, üç oxşar ssenari

Qətl hadisəsinin zorla boyunlarına qoyulduğunu iddia edirlər

Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəsisəsində cəza çəkən Şirinov Xətai 2014-cü ilin dekabrından törətmədiyi cinayətə görə Cinayət Məcəlləsinin 120.4 maddəsi ilə təqsirli bilinərək 15 il azadlıqdan mərhum etmə cəzasına məhkum edildiyini bildirir. Özünü doğulduğu Zəngilan rayonu kimi bütün hüquq və fundamental azadlıqdan mərhum edilməsi ilə müqayisə edən Şirinov ibtidai istintaq zamanı 12 saylı Vəkil Bürosunun vəkili İkram Abdullayevin onun savadsızlığından istifadə edərək ağ kağızlara imza atdığını qeyd edir. Bu əməli Bakı şəhər prokurorluğunun müstəntiqi Mikayıl Quliyevin göstərişi ilə həyata keçirdiyini iddia edib. Bu azmış kimi İkram Abdullayev onun valideynlərindən 12000 manat pul aldığını da bildirib. Bunun müqabilində onun günahsızlığını sübut edəcəyinə söz verib. Lakin vədinə xilaf çıxaraq onun sirlərini yaymış, 12 min manatı mənimsəmişdir. 2018-ci ilin iyununda 5 min manat qaytarsa da qalan 7 min manatı Kollegiyanın hesabına köçürdüyünü bildirib. Şikayət etmədiyi ünvan qalmadığını bildirən Xətai Şirinov prezident və vitse-prezidentə mətbuat vasitəsi ilə bir daha müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci məktub 8 saylı cəzaçəkmə müəsisəsindən- Eyvazov Nahid göndərib. Məktub prezident, vitseprezident, baş nazir və digər qurumlara ünvanlanıb. Eyvazov da törətmədiyi cinayətə görə həbsdə olduğunu bildirib.

“2002-ci ilin mayın 20-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin o zamankı rəisi Rasim Musayev ( hazırda rəhmətə gedib) bir həftə əvvəl baş vermiş qanlı olayı üzərimə yükləmək üçün ağbircək anamı, 14 yaşlı qardaşımı , hamilə həyat yoldaçımı polis bölməsinə gətirmiş. Yoldaşım uşağını itirmiş, anam ağır stres keçirmiş. Hadisə günü bizim başqa yerdə qonaq olmağımızı sübut edən faktlar olmasına baxmayaraq. Qarşıma iki şərt qoyulub ki, ya başqasına satmaq üçün verdiyim 10 milyon dəyəri olan almazı sertifikatı ilə onlara pay verməliyəm, ya da Bağırovların tamah məqsədi ilə öldürdükləri Sevinc Bağırovanın qətlini üzərimə götürüməliyəm. Bildirəndə ki, almaz mirasdır onda mənə ağır işgəncələr verməyə başladılar. Bir neçə saatdan sonra həyat yoldaşı paltarsız qarşımda görəndə onların yazdıqlarına imza atmalı oldum”, -deyə məhbus məktubunda bildirir.

Üçüncü məktub Cinayət məcəlləsinin 120.2.4, 120.2.11, 181.3.3, 128.4, 234.1 və 206.2 maddələri ilə 19 il 6 ay müddətinə azadlıqdan mərhumetmə cəzasına məhjkum edilmiş Cəfərov Əli Şabanəli oğlu tərəfindən göndərilib.

“22.02.2015-ci il tarixdə Astara rayonunda Quliyev adlı şəxs öldürülüb. Bu işə görə iki nəfər saxlanılıb və onlar ölüm hadisəsini boyunlarına alıb. Lakin 26 fefralda Astara rayon Polis Şöbəsinin rəisi Adil Həsənov və rayon prokuroru Zakir Saatovun rəhbərliyi ilə məhkəmə qərarı olmadan evimə basqın olunur. Ailə üzvlərim işgəncə və xəsarət alır. Məni polisə aparıblar. Guya polisin qanuni tələbinə əməl etməmişəm. Mənə 10 sutka inzibati həbs veriblər. Lakin məni sutkalaıq həbs olunanlar arasına deyil Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Orada mənə inanılmaz işgəncələr verməklə cinayəti boynuma qoymağa çalışıblar. Prokuror Saatov və müstəntiq Orxan Quliyev və rəis müavini Ənvər gəlib məndən ifadə alıblar. Ayaq üstə dayana bilmirdim, heçnə yaza bilmirdim. Nə yazıblar ona imza atdırıblar. Mənə dedilər ki, guya narkotik istifadə etmişəm və cinayəti törətmişəm. Rayonda da hamam otağında narkotik var. Özləri gəlib çəkiliş edəndə də narkotiki dedikləri yerdən tapdılar. Mənə Natiq ( həmin vəkil hazırda dünyasını dəyişib) adlı vəkil verdilər, mən imtina edib, öz vəkilimi istədim amma məhəl qoymadılar. 05.03.2015-ci il tarixdə öz vəkilim Rafiq Abışov işə qoşulur. Yenidən çəkiliş edilir. Mən işgəncə altında ifadə verdiyimi bildirirəm. Mənim Astaradan heç yerə aparılmadığımı desələrdə, “bandotdeldə” saxlanılmağım sübuta yetirilir. Amma mənim ikinci ifadəm işə əlavə olunmur. 8 ay istintaq gedəndən sora CM-nin 120.2.5 maddəsi ilə iş yekunlaşır. Sonradan isə məhkəməgedəndə bəlli olur ki, 120.2.4, 120.2.11, 181.3.3, 128.4, 234.1 və 206.2 maddələri məhkəmə göndərilir. Dedilər ki, “bandotdel”də Qabil Qasımov bildirmişdi axı, boynuna alamasan ən ağır maddələr yüklənəcək. Məhkəmə zamanı mənim bondotdeldə olmağımı müstəntiq Orxan Quliyev etiraf etdi. Amma yekun qərarda onlar barəsində qərar olsa da mənə 19 il 6 ay həbs cəzası verildi”,-deyə Əli Cəfərov məktubunda qeyd edir.
Hazırda Əli Cəfərovun 2 azyaşılı övladı var 6 və 11 yaşında , həyatdan , haqsızlıqdan bezdiyini deyir. Çıxış yolunu özünü qəsdə görür.
Məktubları olduğu kimi təqdim edirik.

azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button