2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

195 yeni yoluxma aşkarlanıb, 6 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
195 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 71 nəfər sağalıb.

Bu məlumatı martın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 229 789 nəfər sağalıb, 3247 nəfər vəfat edib, aktiv xəstə sayı 3927 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 4624, hazırkı dövrədək isə ümumilikdə 2 657 min 999 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “195 yeni yoluxma aşkarlanıb, 6 ölüm ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button